Arxiv
Elmi iş - 2024
Cavid Məzahir oğlu Qurbanov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
ja.gurbanov@gmail.com
AZƏRBAYCANDA İNNOVASİYA PROSESİNİN
FORMALAŞMASININ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
FORMALAŞMASININ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Xülasə
Müəssisələr üçün innovasiya, xərcləri minimuma endirmək, davamlı şəkildə gəlirliliyi artırmaq, keyfiyyətli standart məhsullar təqdim etmək və bütün idarəetmə proseslərini təkmilləşdirmək imkanı kimi izah edilə bilər. Bu mənada innovasiya, məhsullarda, istehsal proseslərində, marketinq və təşkilati fəaliyyətlərdə innovasiya vasitəsilə kommersiya faydaları yaradan müəssisələrin fəaliyyətidir. Müəssisələrdəki əmək bölgüsündə innovasiyaların əhəmiyyəti hər gün daha da artmaqdadır. Qloballaşan dünyada yüksək həyat standartlarına çatan, yüksək gəlirlilik və iqtisadi inkişafı təmin etməklə yanaşı, yüksək rəqabət gücündən asılı olaraq innovasiya rəqabət üstünlüyünün əsas vasitəsi kimi qiymətləndirilir. Bu mənada innovasiya və davamlı dəyişiklik müəssisələrdə uğur əldə etmək üçün qaçılmaz zərurətə çevrilir.
Açar sözlər: innovasiya, əmək bölgüsü, innovativ inkişaf, iqtisadi innovasiya
Cavid Mazahir Qurbanov
Characteristics of formation of the innovation process in Azerbaijan
Abstract
For businesses, innovation can be explained as an opportunity to minimize costs, continuously increase profitability, provide quality standard products, and improve all management processes. In this sense, innovation is the activity of enterprises that generate commercial benefits through innovation in products, production processes, marketing and organizational activities. The importance of innovations in the division of labor in enterprises is growing every day. In a globalized world, innovation is seen as a key tool for competitive advantage, depending on its high competitiveness, while achieving high living standards, high profitability and economic development. In this sense, innovation and sustainable change become an inevitable necessity for enterprise success.
Keywords: innovation, division of labor, innovative development, economic innovation
Baxış: 587