Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/61-64

Nail Qasımzadə

Azərbaycan Memarlıq və İnşaat Universiteti

doktorant

https://orcid.org/0009-0001-1311-4512

nail.qasimzade@gmail.com

 

Azərbaycanda tikinti sektorunda ipoteka kreditlərinin rolunun tədqiqi

 

Xülasə

 

Azərbaycan iqtisadiyyatında tikinti sektoru mühüm yer tutmaqla strateji əhəmiyyət kəsb edir. Son illərdə əhalinin mənzilə tələbatının ödənilməsi və inşaat sahəsinin davamlı inkişafı üçün ipoteka kreditləşməsi əsas maliyyələşmə mənbələrindən birinə çevrilmişdir. Bu məqalədə Azərbaycanda ipoteka kreditlərinin tikinti sektorunun inkişafına təsiri araşdırılır. Dövlətin yaratdığı ipoteka sistemi (2005-ci ildən etibarən) vasitəsilə minlərlə ailənin mənzil şəraitini yaxşılaşdırması təmin edilmiş, tikinti sektorunda canlanma müşahidə olunmuşdur. Rəsmi statistik məlumatlar göstərir ki, ölkədə bağlanan mənzil alqı-satqı əqdlərinin təxminən 15%-i ipoteka hesabına maliyyələşir (10). İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 2006-2024-cü illərdə 52 minə yaxın ailə güzəştli şərtlərlə ipoteka krediti alaraq ev sahibi olmuşdur. İpoteka kreditlərinin çoxu paytaxt Bakıda cəmləşərək sektorun bölgüsünə təsir göstərmişdir (kreditlərin 78%-i Bakı şəhərinin payına düşür). Dövlət proqramları çərçivəsində ipoteka faizlərinin subsidiyalaşdırılması, kredit zəmanət mexanizminin tətbiqi və sosial mənzil layihələri tikinti sektorunun maliyyə dayanıqlığını dəstəkləmişdir. Nəticələr göstərir ki, ipoteka kreditləri tikinti sektorunda tələb və maliyyələşməni artıraraq iqtisadi artıma və məşğulluğa müsbət təsir göstərir. Məqalədə, həmçinin, müvafiq dövlət proqramlarının icmalı və ekspert rəyləri əsasında ipoteka mexanizminin təkmilləşdirilməsi istiqamətləri müzakirə edilir.

Açar sözlər: ipoteka kreditləri, tikinti sektoru, mənzil tikintisi, dövlət ipotekası, iqtisadi inkişaf, dövlət proqramları


Baxış: 58