DOI: https://doi.org/10.36719/2706-6185/53/7-11
Elşən Aslanov
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-3823-4350
elshanaslanov@bsu.edu.az
Azərbaycanın Qarabağ bölgəsində inzibati-ərazi dəyişiklikləri
(1840–1900-cü illər)
Xülasə
Bəhs olunan məqalədə Şimali Azərbaycanın Qarabağ bölgəsində Rusiya imperiyasının 1840–1900-cü illərdə həyata keçirdiyi inzibati-ərazi dəyişiklikləri araşdırılır. Tədqiqatlardan aydın olur ki, Çar Rusiyası Azərbaycanın Araz çayından şimaldakı ərazilərini işğal etdikdən sonra bölgədə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı. Əvvəlcə köçürmə siyasətinə üstünlük verən Rusiya hakim dairələri bir qədər sonra bu planları genişləndirdilər. 1840-cı ildən etibarən təkcə köçürmə siyasətinə üstünlük verilmədi, həm də inzibati-ərazi dəyişiklikləri həyata keçirilməyə başlandı. Şimali Azərbaycanın inzibati-ərazi dəyişikliklərinə məruz qalan bölgələrindən biri də keçmiş Qarabağ xanlığının ərazisi oldu. Bütün bunlar məqalədə dövrün mənbələri və tarixi ədəbiyyat əsasında tədqiq edilir, tarixi həqiqətlər üzə çıxarılır.
Açar sözlər: Azərbaycan, Qarabağ, Rusiya, inzibati-ərazi dəyişiklikləri, Yelizavetpol, Zəngəzur, Cavanşir