Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/193-196

Zemfira Əliyeva

Mingəçevir Dövlət Universiteti

https://orcid.org/0000-0002-5833-0075

eliyeva.zemfira@mail.ru

 

Azərbaycanın yaşıl enerji strategiyası

 

Xülasə

 

Bərpa olunmayan enerji mənbələrinin-neft, qaz, daş kömürün nə vaxtsa tükənəcəyi reallıqdır. Digər tərəfdən də ənənəvi enerjinin istismarının planetimizin ekoloji vəziyyətinə mənfi təsiri getdikcə daha qabarıq şəkildə özünü göstərir. Bu halda bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi ön plana çıxır. Bu səbəbdəndir ki, bir sıra inkişaf etmiş dövlətlər enerji təhlükəsizliyinin təmin edilməsi və bərpaolunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini prioritet hesab edir. Külək, günəş, dalğa və kiçik çayların hidroloji enerjisi məhz belə mənbələrdən sayılır və potensial imkanları hədsiz və tükənməzdir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioriteti müəyyənləşdirilib. Həmin prioritetlərdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub. Qlobal iqlim dəyişmələrinin təsirini nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqi, təbii enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi dövlətin əsas diqqət mərkəzində olan məsələlərdəndir.

Azərbaycan qlobal tendensiyaları dərindən dərk etdiyini və beynəlxalq çağırışlara proaktiv yanaşma nümayiş etdirərək yaşıl enerji strategiyasına keçiddə mühüm addımlar atır.

Dünyanın iqlim dəyişikliyi ilə mübarizə apardığı bir vaxtda Azərbaycan innovativ təşəbbüslər vasitəsilə aktual insan problemlərini həll etmək məqsədi daşıyan BMT-nin COP29 tədbirinə ev sahibliyi edib.

Bu öhdəlik ölkənin davamlı inkişafın təşviqində və qlobal ekoloji problemlərin həllində liderliyini vurğulayır. Hazırda respublikanın bərpa olunan enerji mənbələri üzrə əhəmiyyətli potensialı vardır ki, bu da ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan mənbələrdən də istifadə etməyə imkan verir.

Açar sözlər: iqlim dəyişikliyi, yaşıl enerji, Qarabağ və Şərqi Zəngəzur, yaşıl keçid, yaşıl iqtisadiyyat

 


Baxış: 67