Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/100/139-144

Emin Əlimusayev 

Bakı Dövlət Universiteti

magistrant

eminalimusayev@gmail.com


AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA ANTİDEMPİNQ, KOMPENSASİYA VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ HAQQINDA 

QANUNVERİCİLİYİN ROLU


Xülasə

Güclü və rəqabətədavamlı iqtisadiyyatın yaradılmasında ilkin amillərdən biri məhz bazar subyektlərinin fəaliyyətlərinin hüquqi əsasını, habelə onların hüquq və vəzifələrini tənzimləyən normativ bazanın olmasıdır. İqtisadiyyatın müvafiq sahəsini tənzimləyən effektiv tənzimləyici çərçivə olmadığı təqdirdə həmin sahənin normal fəaliyyətinin və dayanıqlı inkişafının təmin edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən ölkənin iqtisadi inkişaf hədəflərinin müəyyən edilməsi və həmin hədəflərə nail olunması məhz ölkədə mövcud normativ bazaya mütənasib olmalıdır. O cümlədən Azərbaycan Respublikasının iqtisadi inkişaf hədəflərinə nail olması məhz ölkədə mövcud qanunvericiliyin səviyyəsindən asılıdır. Bu səbəbdən rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasını hədəfləyən Azərbaycanın müvafiq iqtisadi sferalarını tənzimləyən normativ bazanın təhlil edilməsi aktual məsələlərdəndir. Habelə Azərbaycanın yaxın gələcəkdə Ümumdünya Ticarət Təşkilatına potensial üzvlüyü ilə mövcud iqtisadi siyasətin dəyişməsi və ölkə qanunvericiliyinin belə dəyişikliyə hazır olması xüsusi önəm daşıyır. Bu məqalədə hazırkı tarixdə Ümumdünya Ticarət Təşkilatının üzvü olmayan Azərbaycanın iqtisadi inkişaf hədəflərinə nail olmasında, habelə sözügedən təşkilata potensial üzvlükldə antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanunvericiliyin əhəmiyyətinin hüquqi aspektləri araşdırılmışdır.

Açar sözlər: ticarət, beynəlxalq ticarət, rəqabət, xarici rəqabət, iqtisadi inkişaf, milli prioritetlər, Azərbaycan 2030, antidempinq, Ümumdünya Ticarət Təşkilatı 


Emin Alimusayev 

Baku State University

 master student

eminalimusayev@gmail.com


The role of anti-dumping, countervailing, and safeguard measures legislation in 

future economic development of Azerbaijan


Abstract

The core element in the formation of a strong and competitive economy is to adopt the relevant legislation that regulates the legal basis of the activities of businesses, as well as their rights and obligations. Achieving the normal functioning and the sustainable development of the economy without the regulatory framework that regulates the relevant field of the economy, is impossible. Additionally, the determination of the economic objectives must be proportionate to the level of existing legislation. Achieving the economic objectives of the Republic of Azerbaijan is also dependent on the relevant legislation. Therefore, studying the relevant legislation of Azerbaijan, which targets achieving a competitive economy, is necessary. Moreover, the potential membership of Azerbaijan to the World Trade Organization and new economic policy will cause new changes in the economic policy, in this regard relevant regulatory framework of Azerbaijan must be prepared. This article analyses the role of the anti-dumping, countervailing and safeguard measures legislation in the future economic development of the Republic of Azerbaijan, which is not a member of the World Trade Organization yet.

Keywords: trade, global trade, competition, foreign competition, economic development, national priorities, Azerbaijan 2030, anti-dumping, World Trade Organization


Baxış: 297