DOI: https://doi.org/10.36719/2789-6919/14/21-23
Ayxan Afiq oğlu Zeynalov
Bakı Dövlət Universiteti
magistrant
AZƏRBAYCANIN İQTİSADİYYATINA XARİCİ KAPITALIN CƏLB OLUNMASININ BÜDCƏ-VERGİ MEXANİZMİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə
Büdcə-vergi siyasətinin əsas məqsədi təkcə dövlətin büdcəsinin formalaşdırılmasından ibarət deyildir, həm də büdcənin doldurulmasında vergilərin rolunu artırmaqla təkrar istehsalın stimullaşdırılması və idarə olunmasının təkmilləşdirilməsinə nail olmaqdır.
Müasir dövrdə diferensial vergi dərəcəsindən və vergi imtiyazlarının verilməsindən istifadə edərək, vergilərlə gəlirlərin yenidən bölgüsü sistemi vasitəsilə, istehsalın əsaslandırılmış struktur yenilənməsini və əhalinin həyat ehtiyaclarını təmin edən sahələr üzrə və bu əsasda dövlət büdcəsinin doldurulmasına istiqamətlənmiş vergi mexanizmlərinin seçilməsi mütləqdir. Praktikada dövlətin bu fəaliyyəti vergi dərəcələrinin, vergi güzəştlərinin, vergi yükünün vasitəsilə vergitutmanın dövlət tərəfindən idarə olunmasının təşkilati formalarının məcmusu kimi qiymətləndirilir.
Açar sözlər: xarici kapital, büdcə, vergi, iqtisadiyyat, investisiya, investor
Aykhan Afig Zeynalov
Baku State University
master
Evaluation of the budget-tax mechanism of attracting foreign capital to the economy of Azerbaijan
Abstract
The main objective of the budget-tax policy is not only the formation of the state budget, but also the improvement of the stimulation and management of reproduction by increasing the role of taxes in filling the budget.
In modern era, using the differential tax rate and the granting of tax privileges, through the system of redistribution of income with taxes, it is necessary to choose tax mechanisms aimed at filling the state budget in the areas that provide the justified structural renewal of production and the life needs of the population. In practice, this activity of the state is evaluated as a set of organizational forms of state management of taxation through tax rates, tax benefits, tax burden.
Keywords: foreign capital, budget, tax, economy, investment, investor