Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/47/20-25

hra İslamova

Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-9530-4263

zahraislamova@bsu.edu.az

 

Bakı və ətrafında orta əsrlərə aid vəqf əmlakları

 

Xülasə 

Bu məqalədə XIII–XVII əsrlərdə Bakı və ətrafında yerləşən vəqf əmlaklarının dini, sosial və iq­tisadi funksiyaları araşdırılır. Tədqiqat, Şirvanşahlar və Səfəvilər dövründə formalaşmış vəqf sis­teminin yerli ziyarətgahların – Əlibaba, Nardaran, Pirşağı və Mərdəkan pirlərinin, Əbu Səid Abdal Ba­kuyi, Seyyid Yəhya Bakuyi və Şeyx Molla Yusif Müskürünün türbə və zaviyələrinin – ma­liy­yələşdirilməsindəki rolunu təhlil edir. İslam hüququndakı vəqf anlayışı, Şirvanşahlar dövründə həm dini legitimliyin gücləndirilməsi, həm də ictimai rifahın təmin olunması üçün geniş tətbiq olun­muşdur. Məqalə, fərman və kitabələrə əsaslanaraq vəqf əmlaklarının torpaq, bağ, su mənbəyi, nəzir və neft quyuları kimi müxtəlif formalarda mövcud olduğunu və mütəvəllilik institutunun bəzən irsi xarakter daşıdığını göstərir. Əbu Səid Abdal Bakuyinin neft gəlirləri ilə maliyyələşən vəqfi, dini və sosial müstəqilliyi ilə seçilir. Seyyid Yəhya və Şeyx Molla Yusifin vəqfləri isə təriqət yönümlü dini-tədris məqsədlərə xidmət etmişdir. Məqalədə həmçinin bu abidələrin müasir vəziyyəti, dövlətin dini-mədəni irsə qayğısı və turizm potensialı da dəyərləndirilmişdir. Bu araşdırma, Azərbaycanın İslam mədəniyyəti və Şiə kimliyinin tarixi əsaslarını anlamağa mühüm töhfə verir və orta əsrlərdə vəqf institutunun regional xüsusiyyətlərini işıqlandırır.

Açar sözlər: vəqflər, Şirvanşahlar, Səfəvilər, İslam mədəniyyəti, dini memarlıq


Baxış: 507