Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/55/68-72

Gülnar Nəzərova

Azərbaycan Turizm və Menecment Universiteti

dissertant

https://orcid.org/0000-0002-5870-7397

gulnar.nezerova@au.edu.az

 

Bakı Xanları Sarayının muzeyləşdirilməsində mədəni perspektivlər

 

Xülasə

 

Bakı Xanları Sarayı Bakının tarixi və mədəni hissəsi hesab edilən İçərişəhərdə yerləşən və şəhərin mədəni irsini təmsil edən əsas memarlıq abidələrindən biridir. Mənbələrdən əldə edilən məlumatlara görə, müstəqillik illərindən bəri Azərbaycan Respublikası tərəfindən İçərişəhərdə çoxsaylı bərpa və yenidənqurma işləri davam etdirilir. Bu işdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri əvəzsizdir. Həmçinin, Bakı Xanları Evi də bu bərpa prosesinə daxildir. İntensiv yenidənqurma işlərindən sonra saray muzey kimi fəaliyyətini davam etdirir. Belə ki, saray təkcə tarixi və mədəni abidə deyil, həm də Azərbaycanın turizm sektorunda mühüm rol oynayan muzeydir. Hazırda dünyanın müxtəlif ölkələrindən bu unikal sarayı ziyarət edən çoxlu sayda turist var. Saray mədəniyyətini əks etdirən məkanın təsviri, eləcə də sarayın ətrafındakı mənzərəni ifadə edən park ziyarətçilər üçün çox maraqlı bir mühit yaradır. Bundan əlavə, məqalədə abidələrin bərpasını və funksional olaraq təkrar istifadəsini təmin edən adaptiv metod da araşdırılır.

Tədqim edilən məqalə sarayın mədəni irsə verdiyi töhfənin, eləcə də yerli turizmin inkişafındakı rolunun kulturoloji təhlilinə əsaslanır.

Açar sözlər: İçərişəhər, Bakı Xan Sarayı, turizm, mədəni irs, adaptiv yenidən istifadə, mədəni təhlil       


Baxış: 4