https://doi.org/10.36719/2663-4619/109/138-141
Fatimə Babayeva
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0000-0003-2328-722X
Lalə Həsənli
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0003-3196-1285
Bakteriyalarda ekzotoksin
Xülasə
Bu məqalədə bakteriyalarda ekzotoksinlərin xüsusiyyətləri, təsir mexanizmləri və tibbi əhəmiyyəti araşdırılmışdır. Ekzotoksinlər bakteriyaların ifraz etdiyi zülal mənşəli toksinlərdir və onların güclü zəhərli təsirləri orqanizmin müxtəlif toxuma və sistemlərinə zərər vuraraq ciddi xəstəliklərə səbəb olur. Toksinlər hüceyrə membranlarının pozulması, zülal sintezinin dayandırılması və ya sinir sisteminin disfunksiyasına yol açır. Tibbi sahədə ekzotoksinlər diaqnostik metodların inkişafında, peyvəndlərin hazırlanmasında və müalicə üsullarının təkmilləşdirilməsində mühüm rol oynayır. Məqalədə qeyd olunur ki, ekzotoksinlərin təsir mexanizmlərinin daha dərindən araşdırılması və onların zərərsizləşdirilməsi üçün yeni strategiyaların işlənib hazırlanması, müasir tibb elminin inkişafına və infeksion xəstəliklərin effektiv nəzarətinə töhfə verə bilər.
Açar sözlər: bakteriyalar, ekzotoksinlər, diaqnostika, infeksion xəstəliklər, biotexnologiya