Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Validə Eldar qızı Ağayeva

Açar sözlər:bədii üslub, metafora, dilçilik, bədii əsər, məcazlar sistemi 
Key words:literary style, metaphor, linguistics, fiction, system of metaphors
Ключевые словахудожественный стиль, метафора, языкознание, художественное произведение, система выразительных средств

Sözün təbiəti, leksik mənası, semantik quruluşu, funksional variasiyaları, ifadəlilik imkanları və digər xüsusiyyətləri hər zaman dilçilik elminin diqqət 
mərkəzindədir. Dilin əsas vahidi olan söz dilçiliyin leksikologiya bölməsində, sözün leksik-semantik planda öyrənilir. Lakin söz dilin ən ümdə vahidi olduğuna görə, həm də ünsiyyət yaradan əsas vasitəsidir. Onun bu cəhəti nitqlə bağlıdır. “Nitqdə isə sözün təbiəti bir vəziyyətdə qalmır” (1, 4). Söz nitq prosesində müxtəlif dəyişikliklərə uğrayır. İnsan fəaliyyətinin müxtəlif sahələrinə xidmət edən söz nitqin xarakterindən asılı olaraq rəngarəng funksiyalarda çıxış edir. Mətnin səciyyəsi ilə əlaqədar sözün mənası və funksiyaları dəyişir. Söz bir tərəfdən əşyavi-məntiqi məna, digər tərəfdən isə bu məna ilə yanaşı əlavə ekspressiv-emosional çalarlar da istifadə edə bilir.

Baxış: 1965