https://doi.org/10.36719/2663-4619/109/156-160
Novruz Nəsirov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Günel Şahməmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bəzi tip irrasional tənlik və bərabərsizliklərin həlli
Xülasə
Tənlik və bərabərsizliklər anlayışı məktəb riyaziyyat kursunun ən əhəmiyyətli sahələrindən biridir. Bu daha çox onunla izah olunur ki, tənlik və bərabərsizlik anlayışlarından riyaziyyatın müxtəlif sahələrində, eləcə də mühüm praktik məsələlərin həllində geniş istifadə olunur. Bu tənlik və bərabərsizliklər içərisində isə irrasional tənlik və bərabərsizliklərin özünəməxsus rolu və əhəmiyyəti vardır.
Məqalədə bəzi tip irrasional tənlik və bərabərsizliklərin həlli üsullarına baxılmışdır. Müxtəlif həll üsulları ilə yanaşı, irrasional tənlik və bərabərsizliklərin həllində süni üsullar da tətbiq edilir. İrrasional tənlik və bərabərsizliklərin həllində hansı üsulun tətbiq edilməsindən asılı olmayaraq, elə etmək lazımdır ki, hər sonrakı mərhələdə alınan tənlik, yaxud bərabərsizlik əvvəlki ilə eynigüclü olsun. Yaxud da heç bir məhdudiyyət qoymadan verilmiş tənliyi həll edərkən alınan köklərin yoxlanması əsas məsələlərdən biridir.
Məqalədə, xüsusilə bir çox hallarda irrasional bərabərsizliyin hər iki tərəfinin bir neçə dəfə qüvvətə yüksəltməklə onu rasional bərabərsizliyə gətirilməsi, bu zaman alınan yeni bərabərsizliyin əvvəlki ilə eynigüclü olmasının gözlənilməsi mərhələsinin metodik şərhi misal nümunələri ilə verilmişdir.
Açar sözlər: tənlik, bərabərsizlik, radikal, parametr, qüvvət