DOI: https://doi.org/10.36719/2663-4619/91/135-145
Aygun Sardarova
Azerbaijan State Agrarian University
Ph.D in Biology
BIOLOGICAL CHARACTERISTICS OF SOME ANIMAL AND PLANT SPECIES WHICH ARE PROTECTED IN TURYANCHAY STATE NATURE OF OUR REPUBLIC BASED ON BIOGEOGRAPHIC COMPOSITION
Abstract
Since plants and animals are raw materials distributed in different regions, their use should be in geographically and biologically favorable conditions. Without knowing the norm of using this raw material, its unplanned exploitation can lead to the deterioration of the raw material base, or even the complete destruction of biomass. Without knowing the geographical distribution of important plants and animals, their annual dynamics, their number by region, and the duration of their use period, they cannot be used effectively. A large number of plant and animal species have been wiped out from the world as a result of unregulated use. It is the main demand of the day to organize their protection so that such situations do not happen again. For this purpose, the hunting of rare animals and the collection of rare plants are prohibited, and the maintenance of optimal conditions based on the biogeographical law is organized by the State. Also, the growth of predatory animals was controlled and various decisions were taken at the state level to ensure the normal development of organisms within the area. It can be noted that the continuous decline of animals and plants leads to a disturbance of the balance in nature. It may be more effective to approach this issue from the point of view of environmental education. From this point of view, it is necessary to study the biogeography of state reserves over time.
Keywords: biomass, reserve, biota, landscape, map
Aygün Sərdarova
Azərbaycan Dövlət Aqrar Universiteti
biologiya üzrə fəlsəfə doktoru
aygun.sardarova@mail.ru
Biocoğrafi tərkibinə əsasən respublikamızda xüsusi qorunan Turyançay dövlət təbiət qorğunda olan bəzi heyvan və bitki növlərinin bioekoloji xüsusiyyətləri
Xülasə
Məqalədə Respublikamizda xüsusi mühafizə olunan Turyançay Dövlət Təbiət Qorqunda aparılan biocoğrafi təhlillərə əsasən bəzi heyvan və bitki növlərinin bioekoloji xüsusiyyətləri verilmişdir. Bitki və heyvanlar müxtəlif regionlarda yayılmış xammal olduğundan, onlardan istifadə coğrafi və bioloji cəhətdən əlverişli şəraitdə olmalıdır. Bu xammaldan istifadə normasını bilmədən onun planlaşdırılmamış istismarı xammal bazasının korlanmasına, hətta biokütlənin tamamilə məhvinə səbəb ola bilər. Əhəmiyyətli bitki və heyvanların coğrafi yayılması, illik dinamikası, bölgələr üzrə sayı, istifadə imkanlarını bilmədən onlardan səmərəli istifadə etmək olmaz. Çoxlu sayda bitki və heyvan növləri nizamsız istifadə nəticəsində dünyadan silinib. Belə halların bir daha təkrarlanmaması üçün onların mühafizəsini təşkil etmək günün əsas tələbidir. Bu məqsədlə nadir heyvanların ovlanması və nadir bitkilərin toplanması qadağan edilir, biocoğrafi qanun əsasında optimal şəraitin saxlanılması dövlət tərəfindən təşkil edilir. Həmçinin, yırtıcı heyvanların say tərkibi nəzarət altına alınmış və ərazi daxilində orqanizmlərin normal inkişafını təmin etmək üçün dövlət səviyyəsində müxtəlif qərarlar qəbul edilmişdir. Qeyd etmək olar ki, heyvan və bitkilərin davamlı tənəzzülü təbiətdəki tarazlığın pozulmasına gətirib çıxarır. Bu məsələyə ekoloji maarifləndirmə baxımından yanaşmaq daha səmərəli ola bilər. Bu baxımdan dövlət qoruqlarının biocoğrafiyasını zamanla öyrənmək lazımdır.
Açar sözlər: biokütlə, qoruq, biota, landşaft, xəritə