https://doi.org/10.36719/2789-6919/41/22-25
Tərgül Əlizadə
Bakı Mühəndislik Universiteti
doktorant
https://orcid.org/0009-0006-0260-5793
thasimova@beu.edu.az
Breksit terminləri və onların Britaniya mediasında istifadəsi
Xülasə
Məqalədə Britaniyanın Avropa İttifaqından çıxması prosesi və bu prosesin ingilis dilinə təsiri araşdırılır. Bir çox dövlət idarəçiləri tərəfindən araşdırılan və yerinə yetirilən bu prosesin Böyük Britaniya üçün faydaları bir çox sahələrdə öz mahiyyətini göstərir. Miqrasiya və insanların sərbəst hərəkətinin aradan qaldırılması bu faydaların vacib göstəricilərindən hesab olunur. Lakin bunun nəticəsi olaraq Avropa İttifaqı ilə əvvəlki mövzuların təmin edilməsi də zəruri məsələlər sırasında hesab olunur. Üstəlik, yeni söz və ifadələrin törəməsi proseslə sıx bağlıdır. Sözlərin təfsiri Britaniya mediası ilə sıx bağlıdır. Böyük Britaniyanın Aİ-dən çıxması nəticəsində ingilis dili əsas linqvistik fenomen kimi öz nüfuzunu qoruyub saxlamışdır. Bu prosesin nəticəsi kimi yeni yaradılan sözlərin dilə daha çox nüfuz etməsini nümunə göstərə bilərik. Britaniya mediası proses müddətində insanları inandırmaq və maarifləndirmək üçün bu söz və ifadələrin geniş şəkildə istifadəsində maraqlı olmuşdur. Britaniya qəzetləri remain və leave yönümlü mediaya aid olmuşdur. Onların əsas məqsədi insanları kampaniyalara təşviq etmək olmuşdur. Bunun üçün istər qəzet və jurnallarda, istərsə də digər media vahidlərində kampaniya prosesinə geniş yer verilmişdir.
Açar sözlər: Britaniya mediası, Breksitlə bağlı terminlər, “remain” kampaniyası, “leave” kampaniyası, Breksitlə bağlı söz və ifadələr