Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Esmira Əbülfət qızı Məmmədova

Açar sözlər: Qurultay, Türkoloji, Bakı, əlifba, müqayisəlidilçilik
Keywords: Congress, Turkology, Baku, alphabet, comparative linguistics
Ключевые слова: Съезд, тюркология, Баку, алфавит, сравнительная лингвистика

Azərbaycanın paytaxtı Bakı şəhərində 1926-cı il26 fevral-5 mart tarixlərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini qoyan ən əlamətdar hadisələrdən biridir. 
I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun bir hal idi, çünki həmin dövrdə bir çox elmi-mədəni sahələrdə olduğu kimi türkologiya elmində də Azərbaycan öndə gedirdi. Ölkəmiz həmin dövr üçün geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri idi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan bəri səmərəlifəaliyyət göstərirdi. Heç təsadüfi deyil ki, keçən əsrin 70-ci illərində də nüfuzlu “SovetskayaTürkologiya” jurnalı məhz Bakıda nəşr edilməyə başladı. Bu fakt Azərbaycanın və onun paytaxtıBakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi məşhur olmasının və təsdiqinin ifadəsidir. Onu da qeyd edə bilərik ki, sözügedən jurnal hal-hazırda bu gün də “Türkologiya” adı iləbeynəlxalq dərgi olaraq Bakıda nəşr olunur.

Baxış: 1477