Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Məmmədli Elmira İdris qızı 
Açar sözlər: ornament, motiv, peysli, Axmim, Sasanilər, naxış 
Keywords: ornament, motive, paisley, Akhmim, Sassanids, pattern
Ключевые слова: орнамент, мотив, пейсли, Ахмим, Сасаниды , узор
 

Naxış, bəzək, nəqqaşlıq anlamını verən, bir-birini ritmik bir şəkildə əvəz edən elementlərin birliyindən təşkil olunan ornamentlər olduqca zəngin çeşidə malikdir. Hər bir mədəniyyətin özünə xas olan ornamentləri vardır və bu baxımdan Azərbaycan xüsusilə fərqlənir. Azərbaycan mədəniyyəti ölkəmizin təbiəti kimi zəngin, dolğun və rəngarəngdir. Azərbaycanın qədim və orta əsrlər tarixi, insanların həyat tərzi, düşüncəsi, əmək fəaliyyəti və başqa xalqlarla münasibətlərindən bəhs edən maddi-mədəniyyət nümunələri və tapıntıları üzərində rast gəlinən bəzək ünsürləri günümüzdə də müasir sənətkarlarımız tərəfindən işlənməkdədir. Bu baxımdan aypara, beşguşəli ulduz və bir çox başqa motivlər arasında buta xüsusi əhəmiyyətə malikdir. Müxtəlif geyimlər, əşyalar, alətlər və s. üzərində təsvir olunan butanın nə zaman yarandığı, günümüzədək necə gəlib çıxdığı və dünya mədəniyyətinin bir parçası halına gəldiyi haqqında bu məqalədə məlumat verilir. 
Nə qədər digər xalqların mədəniyyət nümunələrində rast gəlinsə də buta dünyada Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul olunmuşdur. Azərbaycan xalqına aid dekorativ sənət nümunələrinin və onların üzərindəki təsvirlərin, naxışların, bəzəklərin yaşadılması və gələcək nəsillərə ötürülməsi, dünyaca tanıdılması və bu çərçivədə buta ornamentinin dünyada daha da yayılması və bir Azərbaycan brendi halına gətirilməsi mədəniyyətimiz naminə atılan ən gözəl addımdır.


Baxış: 1199