Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Bəxtiyar Cümi oğlu Məhərrəmov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Cəlilabad filialı
meherremovb092@gmail.com

CƏNUB BÖLGƏSİNİN – LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNİN
LANDŞAFTLARININ MÜHAFİZƏSİ

Xülasə
Cəmiyyətin sürətlə inkişaf etdiyi və böyük elmi-texniki tərəqqi dövrü olan XXI əsrdə təbiətlə insan arasındakı münasibətlər pozulmuşdur. Bu isə ekologiyamız üçün təhlükəli vəziyyət yaratmışdır. İnsanlar təbii komponentlərə, yəni torpağa, suya, bitki örtüyünə, heyvanat aləminə, atmosferə və s. güclü təsir gostərmiş, təbiətə sağalmaz yaralar vurmuşdur. Bütün bunların qarşısını almaq üçün xalq arasında ekoloji bilikləri artırmaq, ekoloji təhsili genişləndirmək elm adamları və dövlət qarşısında duran ən aktual problemlərdəndir. Son dövrlərdə Azərbaycanda turizm və rekreasiya işləri ilə bağlı təbiətin bütün komponentlərinə antropogen təsirlər artmışdır. Buna görə də respublikamızın ərazisində bir sıra bitki növləri azalmış, heyvanat aləmində bəzi növlərin nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Bu tədqiqat işində Lənkəran təbii vilayətində landşaftların mühafizəsi istiqamətində yaradılan qoruq və yasaqlıqların təbii ehtiyatlarının qorunmasına dair məlumatların informativliyi qiymətləndirilmişdir.
Açar sözlər: qoruq, yasaqlıq, Milli Park, azonallıq, intrazonallıq, dəmir ağacı, relikt, endemik, rekreasiya, ekologiya

Bakhtiyar Jumi Maharramov

 Landscape protection of the southern region – Lankaran natural province
Abstract
In the 21st century, which is a period of rapid development of society and a period of great scientific and technical progress, the relationship between nature and man has been disrupted. This has created a dangerous situation for our ecology. Humans depend on natural components, i.e. soil, water, vegetation, animal world, atmosphere, etc. had a strong impact and inflicted irreparable wounds on nature. In order to prevent all this, increasing environmental knowledge among the people and expanding environmental education are among the most urgent problems facing scientists and the state. In recent times, anthropogenic effects on all components of nature have increased in connection with tourism and recreation in Azerbaijan. Therefore, a number of plant species have decreased in the territory of our republic, and some species in the animal world are facing the threat of extinction. In this research work, the informativeness of the information on the protection of the natural resources of the reserves and sanctuaries created in the direction of the protection of landscapes in the Lankaran natural province was evaluated.
Keywords: reserve, sanctuary, National Park, azonal, intrazonal, ironwood, relict, endemic, recreation, ecology


Baxış: 430