https://doi.org/10.36719/2789-6919/42/35-47
Dağbəyi Allahverdiyev
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat İnstitutu
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-2679-2024
dagbeycahani@gmail.com
Nigar Allahverdiyeva
Bakı Dövlət Universiteti
https://orcid.org/0000-0003-0977-3854
nigarallahverdiyeva556@gmail.com
Davamlı sosial-iqtisadi artımı şərtləndirən maliyyə təminatı
Xülasə
Geosiyasi kontekstdə iqtisadi artım tempini şərtləndirən maliyyə tarazlığının səmərəliliyinin riyazi strukturunu müəyyən etməkdir. Qiymətləndirmədə ölkənin siyasi-iqtisadi tərəqqisinin müəyyən edilməsində həlledici təsirə olan gəlir bərabərliyi və makroiqtisadi nailiyyətləri əhatə edir. Beləliklə, ümumi daxili məhsulun artım tempi əsasında iqtisadi tarazlığın riyazi təsviri proqnozlaşdırılır. Ölkəmizin xarici iqtisadi əlaqələrinin perspektivi və dünyada geosiyasi maraqların davamlı inkişafı, xarici investisiyanın çoxalması və xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsinin mahiyyəti konteksində tədqiq edilmişdir.
Belə ki, qloballaşma mövcud iqtisadi şəraitdə obyektiv reallıqdır. Bu konteksdə postsovet ölkələrinin, eləcədə Azərbaycan mövcud iqtisadi tərəqqisinin diplomatik əlaqələri və dünya ölkələrinin iqtisadi əhatəliliyin genişlənməsi mövcud şəraitin zərurəti kimi şərtlənir.Müxtəlif iqtisadi riyazi modellərdən və iqtisadi təhlil metodlarından istifadə edilmişdir. Əsasən, fiskal balansın makroiqtisadi təsirlərini müəyyənləşdirmək üçün elastiklik əmsallarının hesablanması və iqtisadi proqnoz modelləri tətbiq edilmişdir. Tədqiqatda dialektik metod, iqtisadi və siyasi proseslərin qarşılıqlı təsirlərini təhlil etmək, müqayisəli, analitik təhlil, riyazi model tətbiqi, fiskal balansın qiymət zərurətin elastiklik əmsallarının və siyasi-iqtisadi tarazlıq modelinin tətbiqi şərtləri.
Tədqiqatın məlumat bazası Azərbaycanın Dövlət Statistika Komitəsinin hesabatları, beynəlxalq iqtisadi təşkilatların məlumatları və akademik ədəbiyyatlara əsaslanır. Modelin dəqiqliyini artırmaq üçün tarixi məlumatlardan istifadə olunmuş və nəticələr uyğun iqtisadi mühitlə müqayisə edilmişdir.
Məlum olduğu kimi xarici iqtisadi əlaqələr ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətli meyarlardan biridir və ümumi daxili məsulun (ÜDM) artımına təkan verən faktorlardandır. Bununla əlaqədar olaraq araşdırmada, xarici iqtisadi əlaqələrin nəzəri metoloji əsaslarını və dünyanın nüfuzlu ölkələrinin iqtisadi inkişaf təcrübəsinin təhlil edilməsinə cəhd edilmişdir.
Açar sözlər: iqtisadi artım, iqtisadi artımda maliyyə təminatı, maliyyə tərəqqisi, insan rifahı, insan rifahını şərtləndirən tarazlıq