https://doi.org/10.36719/2663-4619/109/41-47
İlhamə Babanlı
Bakı Dövlət Universiteti
babanliilhama@gmail.com
“Dədə Qorqud kitabı” dastanında feilin göstərici əhvali-ruhiyyəsi
Xülasə
Dil tariximizin digər mənbələrində olduğu kimi, “Kitabi Dədə Qorqud” dastanında da subyektin gerçəkliyə münasibətini ifadə edən feilin bütün şəkillərinə rast gəlirik. Məhz dastana söykənib müasir qrammatikamızın köklərini izah etmək mümkündür. Bu məqalədə feilin xəbər kateqoriyasının tarixi köklərini açmağa, onun ədəbi dilimizdəki və dialektlərimizdə izlərini araşdırmağa çalışdıq. Dastan boyunca feillərin zaman, şəxs və kəmiyyət şəkilçiləri qəbul edərək təsrifləndiyini, müasir ədəbi dilimizlə oxşar və fərqli məqamlarını müşahidə etdik.
Açar sözlər: dastan, feil, zamanlar, xəbər şəkli, şəkilçilər