Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Gülnaz Rəfail qızı Ələsgərova
Bakı Dövlət Universiteti
hüquq üzrə fəlsəfə doktoru
 alasgarova.gulnaz@gmail.com

DEFAMASİYA VƏ SÖZ AZADLIĞININ MƏHDUDLAŞDIRILMASI
Xülasə
İfadə azadlığı dayanıqlı demokratiyanın təməl sütunlarından və şərtlərindən biri olaraq digər hüquq və azadlıqların müdafiəsini və tətbiqini gücləndirir, habelə cəmiyyətin fasiləsiz və davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Bununla belə, ifadə azadlığı mütləq hüquq deyil və məhdudiyyətlərin tam siyahısı bir çox yurisdiksiyalar tərəfindən müəyyən edilir, başqalarının reputasiyasının qorunması və diffamasiya bunlardan biridir. Hazırkı məqalədə bir sıra yurisdiksiya çərçivəsində defamativ ifadələrin söz azadlığı çərçivəsində necə tənzimləndiyinə nəzər salınacaqdır. Bununla yanaşı, hansı defamativ ifadələrin söz azadlığı çərçivəsində qorunmasına yol verildiyi təhlil olunacaqdır. Bu sahədə barəsində defamativ ifadələr yazılan şəxslərin statusunun (adi şəxs və ya siyasətçi olmaları) və defamativ ifadələri istifadə edən şəxslərin statusunun (jurnalist, KİV nümayəndələri) ifadənin söz azadlığı çərçivəsində müdafiəsinə hansı dərəcədə təsir etmələri ilə bağlı məsələ də müzakirə olunacaq.

Açar sözlər: söz azadlığı, defamasiya, Avropa İnsan Hüquqları Məhkəməsi, ifadənin məzmunu, işgüzar nüfuz, subyektiv qiymətləndirmə və faktlar arasındakı fərqlər, ictimai xadimlər 




Baxış: 653