Arxiv
Elmi iş - 2024
Aytac İlham qızı Cəfərova
Bakı Dövlət Universiteti
doktorant
Aytac199031@gmail.com
DƏNİZLƏ YÜKDAŞIMADA DAŞIYICI MƏSULİYYƏTİNİN İSTİSNA EDİLDİYİ HALLAR
Açar sözlər: dəniz ticarət qəmiçiliyi, dənizlə yükdaşımalar, daşıyıcının məsuliyyəti, istisna hallar, dəniz ticarət gəmiçiliyi
Exceptions of carrier's liability in sea cargo
Summary
Bir çox dəniz dövlətləri dəniz ticarət gəmiçiliyinə məşğulluq, büdcə gəlir mənbəyi və d. iqtisadi keyfiyyətlərdə yanaşırlar. Beynəlxalq-hüquqi tənzimləmə mexanizminin səmərəli fəaliyyəti beynəlxalq müqavilə normalarının dövlətdaxili sferada həyata keçirilməsini lazımi qaydada təmin edilir. Beynəlxalq müqavilələr heç də yalnız fərqli qaydalar müəyyən etdikdə və ya ziddiyyət yarandıqda tətbiq edilmir. Münasibətin səviyyəsindən, xüsusən də beynəlxalq xarakterli münasibətlərdən asılı olaraq qanunvericilikdə beynəlxalq işgüzar adətlərin mənbə kimi göstərilməsi, beynəlxalq müqavilələrin birbaşa tətbiqi imkanının tanınması məqsədəuyğun görünür. Daşıyıcının məsuliyyətini istisna edən immunitet kataloqu üzrə Rotterdam qaydaları yalnız Haaqa qaydalarını deyil, Hamburq qaydalarının da müəyyən normalarını implementasiya edib. Bu mənada sintez aktı kimi Rotterdam qaydalarıqanunvericilik üçün meyar qismində qəbul edilməlidir. Ticarət gəmiçiliyinin beynəlxalq xarakteri nəzərə alınaraq tənzimetmə mənbəsi kimi “işgüzar adətlər” AR TGM-in 1.2 maddəsində verməlidir. Həmçinin “beynəlxalq müqavilələrin birbaşa tətbiqi” üzrə AR MM-in 3.1 formulu AR TGM-də təsbit edilməlidir.
açar sözlər: dəniz ticarət qəmiçiliyi, dənizlə yükdaşımalar, daşıyıcının məsuliyyəti, istisna hallar, dəniz ticarət gəmiçiliyi
Baxış: 819