Arxiv
Elmi iş - 2024
Yaqut Ömər qızı Mustafayeva
Ağdaş şəhər 1 saylı məktəbi
müəllim
yagut.mustafayeva@mail.ru
Xanım Ağasəf qızı Qasımova
Bakı şəhəri 220 saylı məktəb-lisey
filologiya üzrə fəlsəfə doktoru
khanim.gasimova@gmail.com
DƏRSLİK MÜZAKİRƏSİ. ƏDƏBİYYAT: X SİNİF
Xülasə
Orta ümumtəhsil məktəblərində artıq neçə illərdir ki, kurikulumla dərs keçilir (Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009-cu il) Lakin buna baxmayaraq, problemlər hələ də həddən artıq çoxdur. Bəziləri bu problemlərin kökündə müəllimlərin, bəziləri təhsilalanların, bəziləri valideynlərin dayandığını söyləyir. Lakin çoxluq bunun daha çox dərsliklərlə bağlı olduğunu fikrini dəstəkləyir. Bu gün-bütün dünyada təhsilin daha çox məntiqə əsaslandığı, kütləvi şəkildə informasiya texnologiyalarına qoşulduğu bir zamanda təhsildə geri qalmaq, dünya ilə ayaqlaşmamaq ən azı öz xalqına, öz övladına qarşı bağışlanmaz səhvolardı. Buna görə sosial şəbəkələrdə gedən haqlı, haqsız danlamalar, bir-birini günahlandırmalar çox olur. Bütün bunlar bu məsələnin geniş elmi araşdırmasını və həllini tələb edir. Bu məqalə ilə biz bu məsələ barədə aparılmış araşdırmaların nəticəsi kimi çıxış etdik.
Açar sözlər: dərslik, müzakirə, təklif, mövzu, məktəb
Yagut Omar Mustafayeva
Khanim Aghasaf Gasimova
Textbook discussion. Literature: X class
Abstract
Despite the fact that the curriculum has been taught in secondary schools for many years, there are still many problems [Law of the Republic of Azerbaijan “On Education”, 2009]
Although some say that teachers, some students, and some parents are at the root of these problems, many say it is more about textbooks. Today, at a time when education is more based on logic all over the world, and people are increasingly connected to information technology, it would be an unforgivable mistake to be left behind in education, not to keep pace with the world, at least for its own people and children. Therefore, there are many justified and unjustified reprimands and accusations on social networks. All this requires extensive scientific research and resolution of this issue. In this article, we present the results of our research on this issue.
Key words: textbook, discussion, suggestion, topic, school
Baxış: 568