Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: https://doi.org/10.36719/2663-4619/90/49-54

Sevinc Əhmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

sevincasger@gmail.com


DİLDƏ METAFORİKLƏŞMİŞ İFADƏ VASİTƏLƏRİ

(“AİLƏ” KONSEPTİ ƏSASINDA)


Xülasə

Ailə mədəni bir cəmiyyətdir, özü də onun əsasını təşkil edir. Məna semantik konseptin tərkib hissəsidir. Semantik konsept (təsəvvür) aktual mədəni konseptin konseptual təzyiqindən azad olduğu üçün mücərrəddir. Ünsiyyətdə əlavə mədəni bilik mühüm rol oynayır. Biz bilirik ki, semantik konsept relevant mədəni biliyi aktivləşdirir. Bu ondan bəlli olur ki, dil daşıyıcısı deyiləni kontekstdə yoxlayır və bununla da təcrü­bə əlaqələrini canlandırır. Dünyanın linqvistik mənzərəsinin formalaşmasında metaforanın roluna xüsusi önəm verilmiş və o, dünya haqqında düşünmə vasitəsi statusu almışdır. Belə ki, şəxsi mənanın formalaşmasına yönəlmiş fəaliyyəti formalaşdıran insanın konseptual sistemi mövcuddur və mənimsənilmiş biliyin konseptuallaşdırılması prinsipi qnoseoloji vəzifənin aktuallaşdırılmasında mühüm yer tutur. Müvafiq olaraq, metafora üslubi trope olaraq qalır və insan təfəkkürü prosesində üzə çıxan reallıq modeli statusu ilə təltif olunur.

Açar sözlər: konsept, metafora, təfəkkür, konteks, termin


Sevinj Ahmadova

Azerbaijan State Pedagogical University

sevincasger@gmail.com


Metaphorical means of expression in the language

(Based on the family consept)


Abstract

The family is a cultural society, and it is its basis. Meaning is part of semantic concept. A semantic concept (imagination) is abstract because it is free from the conceptual pressure of an actual cultural concept. Additional cultural knowledge plays an important role in communication. We know that a semantic concept activates relevant cultural knowledge. This is clear from the fact that the speaker of the language checks what is said in the context and thus revives the experience connections. The role of metaphor in the formation of the linguistic picture of the world is given special importance, and it has received the status of a means of thinking about the world. Thus, there is a conceptual system of a person that forms the activity aimed at the formation of personal meaning, and the principle of conceptualization of acquired knowledge occupies an important place in the actualization of the epistemological task. Accordingly, the style of metaphor remains a trope and is awarded the status of a model of reality revealed in the process of human thought.

Keywords: consept, metaphor, mentality, context, term




Baxış: 366