Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Nəzakət Rza qızı İsmayılova
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
nezaket.ismayılova@yahoo.com

DÜNYANIN POETİK DƏRKİ UŞAQ ƏDƏBİYYATINDAN BAŞLAYIR
Xülasə
Bu elmi məqalədə uşaq və gənclərin mənəvi tərbiyəsinin formalaşmasında, dünyagörüşünün genişlənməsində azərbaycançılıq ideologiyası baxımdan, uşaq ədəbiyyatının ən yeni metodologiyaya uyğun azərbaycançılıq məfkurəsi istiqamətində öyrənilməsi günümüzün vacib məsələləri kimi qarşıya qoyulmuşdur. Belə ki, Respublikamızın ən böyük strateji xətti olan təhsilimiz bu gün dünya ölkələri sisteminə inteqrasiya etməsi bu sistemin yeni standartlar əsasında qurulması, ali məktəblərdə təhsilin məzmun baxımından yeniləşməsini tələb edir. Məhz bu tələblərə cavab verə bilən mütəxəssislər hazırlamaq üçün şübhəsiz ki, ali məktəblərdə tədris planı, proqramlar, dərslik, dərs vəsaitləri tədrisə köməkçi metodik vəsaitlər yenidən işlənməli həm tədris metodiki, həmdə elmi nəzəri baxımdan onların səviyyəsi günün tələbləri səvyyəsində qurulmalıdır. Bu baxımdan yanaşılaraq deyə bilərik ki, uşaqlar üçün yazılan əsərlər həcmcə azlıq təşkil etsə də, ümumilikdə, uşaq psixologiyasını düzgün anlayan,  onu istədiyi məcraya yönəltməyi bacaran, saf uşaq şüurunda mütərəqqi, pedaqoji tərbiyənin əsasını anlatmaq baxımından, dəyərli bədii nümunələr yazılır.
Apardığımız araşdırmada ədəbi irsə yeni çağdaş milli təfəkkür müstəvisində, zamanın tələbinə uyğun olaraq təhlilər edilmişdir. Uşaq ədəbiyyatının tədrisi ənənəvi materiallarla yanaşı, həm də bu sahədə əldə olunan son elmi nailiyyətlər tələbatcılara necəçatdırılır? Bu gün uşağın daxili duyğularını, sevincini, əzablarını, psixoloji-ruhi yaşantılarını bütöv şəkildə ortaya qoyan əsərlərə ehtiyacımız cox böyükdür. Bu problem bütün dövrlərdə olduğu kimi, bu gün də aktual olaraq qalmaqdadır. Uşaq ədəbiyyatının keçdiyi yol, inkişaf qanunauyğunluğu, mövzu və problem dairəsi haqqında çox bəhs edilib. Bəs çağdaş uşaq ədəbiyyatının problemləri, mövzu dairəsi nədir, hansılardır.
Açar sözlər: Azərbaycan, tədris, təhsil, metodika, uşaq ədəbiyyatı

Nazakat Rza Ismailova

Poetic understanding of the world starts from children's literature
Abstract
In this scientific article, the study of children's literature in accordance with the latest methodology in the direction of the ideology of Azerbaijaniism in the formation of the spiritual education of children and youth, and the expansion of their worldview, from the point of view of the ideology of Azerbaijaniism, has been put forward as important issues of today. So, the integration of our education, which is the biggest strategic line of our republic, into the system of the world countries today requires the establishment of this system on the basis of new standards, and the renewal of education in higher schools in terms of content. In order to prepare specialists who can meet these requirements, the curriculum, programs, textbooks, and teaching aids in higher schools must be reworked, both from a teaching methodical and scientific theoretical point of view. Approached from this point of view, we can say that although the works written for children are a minority in volume, in general, valuable artistic examples are written in terms of explaining the basis of progressive, pedagogical education in the mind of a pure child, which correctly understands child psychology, is able to direct it in the desired direction.
In our research, the literary heritage was analyzed at the level of modern national thinking, according to the requirements of the time. How to teach children's literature along with traditional materials, but also the latest scientific achievements in this field are delivered to the students? Today, we have a great need for works that reveal the child's inner emotions, joys, sufferings, and psychological-spiritual experiences as a whole. Much has been said about the path of children's literature, the regularity of development, the subject and the scope of problems. But what are the problems and scope of contemporary children's literature?
Keywords: Azerbaijan, teaching, education, methodology, children's literature




Baxış: 472