Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Cahidə Etibar qızı Yaqubova

Açar sözlər: əfsanə, folklor, müqayisə, epik növ, xalq ədəbiyyatı      
Key words: legend, folklore, comparison, epic type, folk literature
Ключевые слова: легенда, фольклор, сравнение, эпический вид, народная литература

Əfsanələr epik növün janrlarından biridir. Bu janrda xalqın dünyagörüşü, məişət həyatı, adət və ənənələri öz əksini tapmışdır. Əfsanələr uzun müddət nağılların növü hesab edilmiş, lakin sonradan ayrılmışdır. Əfsanələr XIX əsrdən başlayaraq toplanmış və nəşr edilmişdir. Şifahi ədəbiyyatımızda əfsanələr janr kimi kosmoqonik, dini, etnoqrafik, tarixi, toponomik, qəhrəmanlıq səciyyəsi daşıyır. Əfsanələr xronika, salnamə, cüng və əlyazmalar kimi tarixi qaynaqlarda qorunub saxlanmışdır. Onlar dildə - ağızda dolaşaraq dövrümüzə kimi gəlib çatmışdır. Müstəqil janr kimi əfsanələrin özünəməxsus xüsusiyyətləri vardır. Burada mətn sabit deyil, süjet isə bütöv yox yarımçıq və ya epizodik formadadır.

Baxış: 4958