Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əliyev Əli Umud oğlu
Açar sözlər: müasir, ədəbiyyat, esteti zövq, nürk birliyi, nürk dünyası, inam birliyi, düşüncə birliyi
Key words: Chagdash, literature, aesthetic enjoyment, Turkic unity, the Turkic world, the unity of the faith, unity of thinking 
Ключевые слова: Чагдаш, литература, эстетическое наслаждение, тюркское единство, тюркский мир, единство веры, единство мышления
 

Ümummilli liderimiz Heydər Əliyev gənclərin vətənə məhəbbət, dövlətə və dövlətçiliyimizə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsini müasir təhsil sistemimizin qarşısında duran ən mühüm və başlıca vəzifələrdən biri hesab etmişdir. Ulu öndər demişdir: “Məktəbdə insanın mənəvi keyfiyyətlərinin əsası qoyulur, onun baxışları, arzu və istəkləri formalaşır, onun rəhbər tutduğu mənəvi meyarlar bir çox cəhətdən müəyyənləşir.” (1, 227.)
Gündən-günə inkişaf edən, yeniləşən və qloballaşan dünyamızın əsas atributu olan təhsil sahəsində bir sıra irəliləyişlər vardır. Lakin müasir şəraitə uyğun inkişaf sürəti hələ də tam qənaətbəxş deyildir. Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək üçün kompleks yanaşma metodu tətbiq edilməlidir. Bu kompleksdə tədrisin xüsusi yeri vardır. Amma tədrisi bu kompleksdən ayrı təsəvvür etmək mümkün deyildir. Odur ki, təlim-tərbiyə və elmi biliklər anlayışının vahidlik prinsipi əsasında kompleks şəkildə tətbiq olunması tədrisin keyfiyyətini yüksəltməyə xidmət edən amildir.


Baxış: 1107