Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007 Arxiv

ELMİ İŞ

Beynəlxalq Elmi Jurnal

 ISSN: 2663-4619 

e-ISSN: 2708-986X 

DOI: 10.36719 


 
_________________________________________________________________

 

Jurnal elmin hər bir sahəsini əhatə edir

 

Jurnal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir 
 

"Azərbaycan Elm Mərkəzi" "Crossref" təşkilatının üzvü olduğu üçün 

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir. 

Müəlliflərə "Azərbaycan Elm Mərkəzi" tərəfindən Beynəlxalq Sertifikat verilir. 
 

Məqalə çapına dair tələblər 
 

  • Məqalə formatı: Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Məqalənin həcmi: 7-25 səhifə arası olmalıdır.
  • Müəllif: Müəllifin adı və soyadı (məs.: Arif Muradov), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Xülasə: 150-250 sözdən ibarət olmaqla Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Açar sözlər: 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Giriş
  • Tədqiqat
  • Nəticə
  • Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmaqla əlifba sırası ilə yazılmalıdır. Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir. 
  • Kitaba istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində kitabın nəşr ili, adı (kursivlə) və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. 

Nümunə: Alışanov, Ş. (2013). Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi. Elm.

  • Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, adı, jurnalın adı (kursivlə), cild (nömrə), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır.  

Nümunə: İsayeva, S. (2022). Müasir ingilis dilində modallıq kateqoriyasının aspektləri. Elmi İş, 16(5), 12-16. https://doi.org/10.36719/2663-4619/78/12-16

  • İnternet resursuna istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr  ili, gün, ay, məqalə adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır.                                   

Nümunə: Məhərrəmova, X. (2021, 20 mart). Ümumi dilçilik və Azərbaycan dilçiliyində üslub və üslubiyyat məsələləri. Aem.az. https://aem.az?newsid=1264 

  • Tərtibçi müəllif tərəfindən hazırlanan kitaba istinad: Tərtibçinin soyadı, adının baş hərfi, mötərizə içində “tərtibçi” sözü, nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyat adı ardıcıllıqla qeyd olunmalıdır.

Nümunə: İbrahimov, M. (tərtibçi). (2009). Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər). Nurlar.

Məqalə daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Muradov, 2024), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Muradov, 2024, s. 12).

 

Məqalə çapı ödənişlidir 
 

e-poçtelmmerkezi@aem.az

info@aem.az

_______________________________________________________________   

 

Ünvan: Bakı şəh., Mətbuat pr., 529,

“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə 
 

https://aem.az

 

Tel.: +994 50 209 59 68
         +994 99 809 67 68

         +994 99 808 67 68
         +994 12 510 63 99