Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: https://doi.org/10.36719/2663-4619/90/81-86

Nərgiz Rzayeva

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

dissertant

nargiz_rzayeva@hotmail.com

https://orcid.org/0000-0002-1288-5710


MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA

MİLLİ ƏNƏNƏLƏR


Xülasə

Məqalədə müasir dövr Azərbaycan heykəltəraşlığında milli ənənələrdən bəhs edilir. Müasir dövrdə yaradıcılıqlarında milli ənənələrə müraciət edən görkəmli heykəltəraşlarımız kifayət qədərdir. Bu mənada Əsgər Kərimovun “Muğam” (1991), “Kuzəli qız” (2003), Xanlar Əhmədovun “Ana” (1993), Arif Qazıyevin “Qarabağ şikəstəsi” (1993), “Quşbaz” (1995), “Kamanın naləsi” (2010), Sahib Quliyevin “Muğam” (1999), “Möminəxatun” (2003), “Şanapipik” (2005), “Bahar” (2012), Akif Əsgərovun “Məğrur qız” (2002), Zakir Əhmədovun “Heyvagülü” (1998), “Üçlük” (2005), Vüqar Quliyevin “Qobustan keçisi” (2007), Nurlan Məmmədovun “Gəmiqaya” (2012) və s. əsərlərini qeyd etmək olar. Adları qeyd olunan bu əsərlər özündə tarixi keçmişimiz və milli kimliyimizi, eyni zamanda ənənə və müasirliyi ehtiva edən maraqlı heykəltəraşlıq əsərləridir. 

Müasir dövr dəzgah heykəltəraşlığı eyni zamanda özünün bədii ifadə və forma-biçim axtarışları ilə seçilir. Bütün bu məziyyətlər hələ XX əsrin ortalarında dəzgah heykəltəraşlığımızda müşahidə olunan ifadə və mövzu zənginliyinin müasir dövrdə daha yeni və daha maraqlı bir dönəmə keçid etdiyini deməyə əsas verir. Müəyyən mənada Qərbdə mövcud olan “izm”lər Azərbaycan heykəltəraşlığında təsir qoysa da, lakin Azərbaycan heykəltəraşlığının xüsusilə yaşlı və orta nəsil nümayəndələri öz yaradıcılıqlarında milli ənənələrə sadiqliyini nümayiş etdirmişlər.

Açar sözlər: müasir dövr, Azərbaycan heykəltəraşlığı, milli ənənələr, dəzgah heykəltəraşlığı, yaradıcılıq


Nargiz Rzayeva

Azerbaijan State Art Academy

dissertatist

nargiz_rzayeva@hotmail.com

https://orcid.org/0000-0002-1288-5710


Contemporary interpretation of national traditions in Azerbaijani fine art


Abstract

The article talks about national traditions in contemporary Azerbaijani sculpture. In modern times, there are enough of our prominent sculptors who turn to national traditions in their creations. In this sense, Asgar Karimov's "Mugham" (1991), "Kuzeli giz" (2003), Khanlar Ahmadov's "Mother" (1993), Arif Gaziyev's "Karabagh Shikastesi" (1993), "Birdbird" (1995), "The Bow's Wailing" (2010), Sahib Guliyev's "Mugam" (1999), "Mominakhatun" (2003), "Shanapipik" (2005), "Spring" (2012), Akif Askerov's "Proud Girl" (2002), Zakir Ahmadov's "Heyvagul" (1998 ), "Trinity" (2005), Vugar Guliyev's "Gobustan Goat" (2007), Nurlan Mammadov's "Gamigaya" (2012), etc. works can be mentioned. These named works are interesting sculptural works that contain our historical past and national identity, as well as tradition and modernity.

Contemporary bench sculpture is distinguished by its artistic expression and search for forms. All these merits suggest that the wealth of expression and theme observed in our bench sculpture in the middle of the 20th century has passed into a newer and more interesting era in the modern era. In a certain sense, "isms" existing in the West had an impact on Azerbaijani sculpture, but especially the elderly and middle-generation representatives of Azerbaijani sculpture showed their loyalty to national traditions in their works.

Keywords: modern period, Azerbaijani sculpture, national traditions, easel sculpture, creativity




Baxış: 431