Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Zərifə İsmayıl qızı Avilova, Zərifə  Bayram qızı Məmmədova

Açar sözlər: üslubiyyat, elmi üslub, üslub xüsusiyyətlər, elmi terminlər, alınma terminlər
Key words: style, scientific style, style features, scientific terms, terms
Ключевые слова: стиль, научный стиль, стилевые особенности, научные термины, заимствованные  термины

Müasir dövrdə elm sürətlə inkişaf edir. Bu proses isə ona aid ünsiyyət formasının daha da təkmilləşməsini tələb edir. İndiki elmi ünsiyyət özünün yığcamlığı, məntiqilik və dəqiqliyi ilə səciyyələnir. Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslub da yazılan hər bir parçanı oxuyanda və ya eşidəndə hamı başa düşür. Lakin elmi üslubda yazılan əsərləri xalqın bütün üzvləri dərk edə bilmir.  
Azərbaycan ədəbi dilinin elmi funksional üslubu bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmilləşmə və zənginləşmə yolu keçmişdir. Hazırda elmin bütün sahələrinə mükəmməl elmi əsərlər yaradılmış və bu üslubda yazılar, əsərlər yaradılmaqdadır.   

Baxış: 3678