Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Kənan Azər oğluQazıyev

Açar sözlər: Azərbaycan Respublikası, Korrupsiya, Şəffaflıq, İslahat, Dövlət idarəçiliyi, Asan Xidmət
Keywords: Republic of Azerbaijan, Corruption, Transparency, Reform, Public Administration, Easy Service
Ключевые слова: Азербайджанская Республика, коррупция, реформа, государственное управление, простое обслуживание

Adı əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənən korrupsiya termininin mənasını qısa şəkildə demokratiyadakı bütün fərdlərin hüquq qarşısında bərabərliyi prinsipini ortadan qaldıran, imkanları bərabər şəkildə əldə etmək prinsipini zədələyən kimi izah etmək yerinə düşərdi [1]. Bunlarla yanaşı, korrupsiya qanunun aliliyinə qarşı duyulan hörmətə də böyük zərər verir, siyasi nüfuz xalqın dəstəyindən məhrum qalır, iqtidar ilə xalq arasında uçurum yaranır.
Dövlət idarəetməsi sahəsində həyata keçirilən siyasətin əsas məqsədi səmərəli və demokratik idarəçiliyin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunmasıdır. İslahatların gündəmində səmərəli, şəffaf idarəetmə mexanizmin yaradılması ilə yanaşı, dövlət qulluğuna ictimai etimadın artırılması, korrupsiyaya qarşı sə­mərəli mübarizə sisteminin, vətənpərvər, peşəkar və intellektual dövlət qulluqçuları korpusunun forma­laşdırılması kimi mühüm məsələlər də öz yerini tapır.

Baxış: 1014