Arxiv
ELMİ İŞ - 2025
Müəllif: DOI: Sevinc Vaqif qızı Əskərova
Açar sözlər: incəsənətin epistemologiyası, koqnitiv tədqiqatlar, sokonstruktivizm, transsendentalizm
Key words:epistemology of art, cognitive research, co-constructivism, transcendentalism
Ключевые слова: эпистемология искусства, когнитивные исследования, со-конструктивизм, трансцендентализм

Məlumdurki, biliklər sistemi kimi elm inkişaf etdikcə onu öyrənən xüsusi nəzəriyyə sahəsi də yaranır. Bu epistemologiya (epistemos yunanca bilik deməkdir) adlanır. O, ümumi idrak nəzəriyyəsinin (qnoseologiyanın) ayrılmaz tərəfini təşkil edir (2,247).
İdrak nəzəriyyəsi (qnoseologiya və ya epistemologiya) nəzəri fəlsəfənin elə hissəsidir ki, burada idrakın təbiəti, onun imkanları və hüdudları, biliyin reallığa münasibəti, idrakın subyekt və obyekti kimi problemlər öyrənilir; idrak prosesinin ümumi ilkin şərtləri, biliyin doğruluq şərtləri; həqiqətin krite- risi (meyarı), idrakın forma və səviyyələri və bir sıra başqa problemlər tədqiq edilir. Başqa sözlə idrak - biliyin qazanılması və inkişaf etdirilməsi, onun daim dərinləşdirilməsi, genişləndirilməsi və təkmilləşdirilməsi prosesidir.
Baxış: 1080