Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Seyranə Əflatun qızı Xəlilzadə
Azərbaycan Turizm ve Menecment Universiteti
seyrane.xelilzade@gmail.com

SİVİLİZASİYALARIN TOQQUŞMASI

Açar sözlər: sivilizasiya, Qərb, islam, qloballaşma
Key words: civilization, West, Islam, globalization
Ключевые слова: цивилизация, Запад, ислам, глобализация

Sivilizasiyaların toqquşması anlayışı 1993-cü ildə amerikalı tədqiqatçı S.Hantinqton tərəfindən irəli sürülmüş və 2008-ci ildə ölümünəcən 15 il ərzində Hantinqtonun tərəfindən inkişaf etdirilmişdir. Məşhur Amerikalı politoloq S.Hantinqton 1993-cü ilin yayında “Foreign Affairs” jurnalında “Sivilizasiyaların toqquşması?” məqaləsini dərc etdi. Məqalə müxtəlif ölkələrin ictimai-siyasi düşüncə nümayəndələrinin geniş marağına səbəb oldu. Sonralar “Sivilizasiyaların toqquşması?” məqaləsi S.Hantinqtonun qeyd etdiyi kimi, “əvvəllər yazdıqlarımdan daha çox həyəcan doğurdu” [8, s.7]. Eyni zamanda, qeyd etmək lazımdır ki, 1993-cü il məqaləsinin başlığında, S. Huntington sual işarəsindən istifadə etsə də, demək olar ki, hər kəs bu sual işarəsini görməzdən gəlmişdir. [8, s.8]. Bu, xüsusi maraq doğurur, belə ki, amerikalı politoloq məsələni ortaya qoyur, sual verərək izah tələb edir  və dünyada baş verən qlobal dəyişikliklərin təhlükəli istiqamət alması sual işarəsini təsdiq işarəsinə çevirir.  “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qu­rulması” monoqrafiyasının aşağıdakı müddəası buna sübutdur: “Modernləşmədən qaynaqlanaraq, mədə­niyyət prinsipinə uyğun olaraq qlobal siyasi məkanın yenidən qurulması baş verir. Xalqlar və qohum mədəniyyətli dövlətlər bir-birinə yaxınlaşır. Müxtəlif mədəniyyətli xalqları və dövlətlər isə, əksinə, bir-birindən uzaqlaşırlar. Fövqəldövlətlərin ideologiyası və münasibətləri ilə müəyyən edilən birliklər və bloklar müəyyən bir mədəniyyətə və sivilizasiyaya mənsub olduğu diktə edilən birliklər ilə əvəz olunur. Siyasi hüdudlarla yanaşı, mədəni sərhədlərin uyğunlaşdırılmasına yönəlmiş proseslər sürətlənir. Ortaq bir mədəniyyətlə birləşən cəmiyyətlər Soyuq Müharibənin bloklarını əvəz edir və sivilizasiyalar arasındakı tektonik çatların xətləri dünya siyasətinin qarşıdurma və toqquşma baltalarına çevrilir ” [8, s.27].


Baxış: 1796