Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Turan Əlbəndə qızı Şahvələdli 
Azərbaycan Dövlət Pedaqoji Universiteti
91turan@gmail.com

EŞİTMƏ POZULMALARI OLAN UŞAQLARIN NİTQ İNKİŞAFININ ÖYRƏNİLMƏSİ TARİXİ

Açar sözlər: mimik sistem, şifahi metod, təmiz şifahi metod, səs metodu, belçika metodu
Key words: mimic system, oral method, pure verbal method, sound method, Belgian method
Ключевые слова: мимическая система, устный метод, чистый устный метод, звуковой метод, бельгийский метод

İntibah dövründə surdopedaqoqika karlığın təbiəti haqqında biliklərlə zənginləşərək dini baxışlarla mü­barizə apara apara inkişaf edirdi. Bu dövrün dini fikirlərinə əsasən, dünyaya kar insanın gəlməsi validey­nlərin günahlarınınn nəticəsidir. XV əsrdə Niderland alimi, Rudolf Aqrikola (1443-1485) karların təlimi haq­qında əvəllər məlum olmayan fakları aşkarlamışdı. O özünün “Dilektikanın kəşfi haqqında” kitabında ya­zırdı: “Nə qədər təccüblü olsa da, mən öz gözlərimlə görmüşəm ki, uşaqlıqdan kar və çox güman ki, həm də lal olan birisi başa düşməyi, anlamağı öyrənmiş, digəri isə sanki danışa bilirmiş kimi fikirlərini yazıda dəqiqliklə ifadə etməyi öyrənmişdir. R.Aqrikola bu faktlar haqqında möcüzə kimi deyil, müəyyən təlim me­todlarının nəticələri kimi danışırdı. Qeyd olunmuş halda karın ətraf mühitlə ünsiyyət vasitəsi kimi yazılı nitqdən istifadə olunurdu.


Baxış: 1015