Arxiv
ELMİ İŞ - 2025
Həyat Həmid qızı Abdullayeva
Bakı Slavyan Universiteti
N.NƏRİMANOVUN PEDAQOJİ İRSİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİ
Açar sözlər: maarifçilik fəaliyyəti, ilk kütləvi kitabxana, qadın təhsili, qadın azadlığı, ana dilinin təlimi, müəllim şəxsiyyəti
Key words: educational activities, the first public library, women's education, women's freedom, teaching the mother tongue, teacher’s personality
Ключевые слова: образовательная деятельность, первая публичная библиотека, женское образование, свобода женщин, обучение родному языку, личность учителя
Ulu öndər Heydər Əliyev Nəriman Nərimanova həsr olunmuş tədbirdə onun haqqında demişdir: “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı”.
H.Əliyev kimi görkəmli bir şəxs tərəfindən söylənən bu sözlər, N.Nərimanovun təkcə yaşadığı öz dövründə deyil, müasir dövrdə də necə böyük önəm kəsb etməsinə, onun həyat və yaradıcılığının tarixin hər bir dövründə araşdırılmasına ehtiyac duyulduğuna bariz bir nümunədir.
Baxış: 946