Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Yeganə Xanoğlan qızı Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜNDƏ SÖZLƏRİN ORFOEPİK
NORMALARA UYĞUN DÜZGÜN TƏLƏFFÜZÜ  ÜZƏRİNDƏ İŞİN TƏŞKİLİ

Açar sözlər: məktəbəqədər dövr, nitq inkişafı, ədəbi tələffüz
Key words: pre-school period, speech development, literary pronunciation
Ключевые слова: период дошкольного, развитие речи, литературное произношение

Bu gün məktəbəqədər yaşlı uşaqların ana dilinə yiyələnməsi təlim-tərbiyə işinin mühüm vəzifələrindən biridir. Uşağın nitq və düşüncəsinin inkişaf etdirilməsi, ətraf aləmi dərk etməsi, şəxsiyyətinin hərtərəfli formalaşması ilə sıx sürətdə bağlıdır. Böyüməkdə olan gənc nəslə məişətdə, əməkdə, ictimai fəaliyyətdə ana dilinin zənginliklərindən istifadə etməyi öyrətmək təlimin bütün mərhələlərində mühüm bir vəzifədir. Ümummilli liderimiz Heydər Əliyev düzgün demişdir: «Hər bir xalqın milliliyini, mənəvi dəyərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük bir qəbahətdir» (Kərimov, 2002:5). 


Baxış: 1002