Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Xanım Oktay qızı Səfərli
Bakı Dövlət Universiteti

ZİDDİYƏT ANLAYIŞININ DİLDƏ İFADƏ FORMALARI

Açar sözlər: ziddiyyət, antonim, forma, dil, anlayış
Key words: conflict, antonym, form, language, conception
Ключевые слова: koфликт, антоним, форм, язык, концепция

Giriş
Məqalədə ziddiyət anlayışının dildə ifadə formalarından bəhs olunur. Ziddiyyət termini geniş anlayış olub, digər elm sahələrində olduğu kimi, dilçilik elmində də müxtəlif ifadə formalarına malikdir. Təbiətdə və cəmiyyətdə müxtəlif zidd münasibətlər olduğu üçün bu ifadə formalarından geniş istifadə olunur. Məqalədə əsas məqsəd ziddiyyətin hansı dil vasitələri ilə ifadə olunmasını meydana çıxarmaqdır. 
Ziddiyyət anlayışı geniş anlayış olduğu üçün dildə müxtəlif ifadə formalarına malikdir. Obyektiv aləmdə əks, zidd anlayışlar olduğuna görə həmin əkslikləri ifadə etmək məqsədilə müxtəlif vasitələrdən istifadə olu­nur. Gerçəklikdə özünü göstərən əks anlayışlar insan təfəkkürünün məhsulu olan bütün sahələri əhatə etdiyi kimi, dilin müxtəlif sahələrində də özünü göstərir. Belə ki, bir-biri ilə əkslik, ziddiyyət təşkil edən anlayışlar dilin fonetik, leksik, sintaktik qatında müxtəlif vasitələrlə ifadə olunur. Dilin fonetik qatında zidd anlayışlar intonasiya vasitəsilə ifadə olunur. Bildiyimiz kimi, intonasiya nitqdə emosianallıq, ekspressivlik yaradan başlıca vasitələrdən biridir. İntonasiyanın köməyilə söz, söz birləşməsi və cümlənin emosional məna çalarını artırmaqla bərabər, eyni zamada həmin ifadələrin mənasının bütünlüklə mənfi, əks mənada ifadə olunmasına da səbəb ola bilər. İntonasiya vasitəsilə çox müxtəlif emosioal vəziyətlər-sevinc, kədər, həyəcan, qorxu, ki­nayə və. s yaratmaq mümkündür. İntonasiya vasitəsilə ziddiyyətin ifadə olunması dedikdə əslində onun  kinayə çaları nəzərdə tutulur. Kinayənin əsasında da məhz elə ziddiyyət durur. Sözün forma cəhətdən müsbət mənada işlədilib məzmun cəhətdən isə mənfi mənanı ifadə etməsi kinayəni doğuran əsas meyarlardan biridir ki, bu da təbii ki, intonasiya vasitəsilə mümkündür. Məsələn; hər hansı bir qorxaq adam haqqında bulap əjdahadır!, yaxud az bilikli insana səndahiimişsən! deyilməsi kinayə yaradır ki, bu da doyayı yolla ziddiyyəti meydana çıxarmış olur. 


Baxış: 3083