Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Həşim Əli oğlu Həşimli
Bakı, Azərbaycan 

“MƏHKƏMƏ BAXIŞININ HƏDLƏRİ” MƏHKƏMƏ BAXIŞININ ÜMUMİ ŞƏRTİ KİMİ

Açar sözlər: ittiham, prokuror, hədd, zərərçəkmiş şəxs
Key words: accusation, prosecutor, limit, victim
Ключевые слова: обвинение, прокурор, лимит, потерпевший

Giriş
Azərbaycan Respublikasının 1995-ci il Konstitusiasının qəbulundan sonra ölkəmizdə bütün sahələrdə o, cümlədən hüquq sahəsində köklü islahatlar aparılmışdır. Bu uğurlu islahatlar yeni tipli qanunların qəbul edilməsi ilə müşahidə olunmuşdur. Lakin zaman-zaman qanunların praktikada tətbiqi zamanı bəzi çətinliklər ortaya çıxmaqdadır. Həmin məqamları aradan qaldırmaq üçün ilk növbədə problemlərin nədən ibarət ol­duğunu anlamaq vacibdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “Məhkəmə Baxışının Hədləri” adlanan 318-ci maddəsi Məhkəmə Baxışının Ümumi Şərti kimi mühim əhəmiyyətə malikdir. Hədd dedikdə Məhkəmə baxışına verilmiş ittihamın hüdudları başa düşülür. Cinayət Prosessual qanunvericiliyi məhkəmə baxışı zamanı tərəflərin funksiyalarına uyğun olaraq onların səlahiyyət həddini müəyyən etmişdir. Bununla belə həmin maddənin praktikada tətbiqi zamanı bəzi anlaşılmaz məqamlar üzə çıxmaqdadır. Məqalədə məhkəmə baxışının hədlərinin əhəmiyyəti izah olunmuş çətinlik yaradan məqamların nədən ibarət olmaları qeyd edilmişdir.


Baxış: 1296