Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
AyselFəzail qızı Zeynallı
Bakı Dövlət Universiteti
aysel.z97@mail.ru

MÜLKİYYƏTİN MÜQAVİLƏ REJİMİNİN ANLAYIŞI VƏ MƏZMUNU

Açar sözlər: ailə, hüquq, əmlakın müqavilə rejimi, əmlakın qanuni rejimi, boşanma, ər-arvad, əmlak münasibətləri, mülkiyyət hüququ
Key wordsfamily, law, property contract mode,legal of the property mode divorce, husband and wife, property relations,property rights
Ключевые слова: семья,закон, имущественный договор режимправовой режим собственности развод, муж и жена,имущественные отношения,права собственности

Ailə - nikah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. Nikah ailənin hüquqi əsa­sıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan hüquqi əqddir. Azərbaycan Respublikasının Kon­stitusiyasının 17-ci maddəsinə görə “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir”.
Tarixən ailə qanunvericiliyində nikah müqaviləsi institutunun yaranması xüsusi mülkiyyətin yaranması ilə əlaqələndirilmişdir. Nikah müqaviləsi hələ Roma hüququndan məlum idi. Tarixən xarici ölkələrin qanun­vericiliyində nikah müqaviləsinin meydana çıxması, kapitallarını kənar müdaxilələrdən qorumaq üçün varlı siniflərin ehtiyacı ilə əlaqədar idi. Nikah müqaviləsinin tətbiqinin əsəs səbəbi qadının və qohumlarının nikah­dankənar mülkiyyəti idarə etmək və bu əmlakdan əldə edilən gəlirdən istifadə etmək hüquqlarını qorumaq ehtiyacı idi. 


Baxış: 1410