Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rafail Ayvaz oğlu Əhmədli
AMEA-nın Fəlsəfə institutu

XIX ƏSRDƏ AZƏRBAYCANDA MİLLİ ŞÜURUN İNKİŞAFINA ABBASQULU AĞA
BAKIXANOVUN VƏ QASIM BƏY ZAKİRİN SOSİAL-SİYASİ GÖRÜŞLƏRİNİN TƏSİRİ

Açar sozler: milli şüur, milli özünüdərk, Abbasqulu Ağa Bakıxanov, Qasım bəy Zakir, maarifçilər 
Key words: national thinking, national identity, Abbasgulu Aga Bakikhanov, Gasim bei Zakir, enlighteners
Ключевые слованациональное мышление, национнальное самосознание, Аббасгулу Ага Бакиханов, Гасым бей Закир, просветители 

XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının müstəq=illiklərinin əlindən alınması xalqın milli şüuru­nun inkişafına əngəllər törətməklə yanaşı, ictimai-siyasi fikirdə milli özünüdərkin tərəqqisi üçün də buxova çevrilmiş, russayağı düşünməyi və onun mövqeyindən çıxış etməyi tələb etmişdi. 
Belə bir ağır və mürəkkəb vəziyyət Azərbaycanın yaradıcı ziyalılarını düşündürməyə bilməzdi. Məsələnin ziddiyyətli məqamı ondan ibarət idi ki, bu ziyalılarımızın bəzisi xalqın maddi, sosial-siyasi və iqtisadi vəziyyətinin səbəbini çar Rusiyasının iyrənc müstəmləkəçilik siyasətində deyil, feodalizm quruluşunun qü­sur­larında, xüsusilə, dini-fanatizmdə və intellektual gerilikdə görürdülər. Lakin xalqımızın qabaqcıl ziyalıları olan Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy və Abbasqulu Ağa Bakıxanov kimi XIX əsrin birinci yarısında fəaliyyət göstərən mütəfəkkirlər xalqın mövcud vəziyyətini məhdud mənada deyil, geniş sosial-siyasi anlamda başa düşür və öz yaradıcılıqlarında ciddi problemlərə toxunmaqdan çəkinmirdilər. Bu düşünürlərdən biri və birincisi də məhz Abbasqulu Ağa Bakıxanovdur.


Baxış: 1101