Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2020/52/24-26
Zərifə Bayram qızı Məmmədova,
Zərifə İsmayıl qızı Avilova
Azərbaycan Tibb Universiteti

DİLİN İNKİŞAFINDA DİLLƏRİN QARŞILIQLI ƏLAQƏSİNİN ROLU

Açar sözlər: dil, dillərin əlaqəsi, dilin inkişafı, dilin zənginləşməsi, dilin təkmilləşməsi 
Key words:   language, language ties, language development, language enrichment, language improvement
Ключевые слова: язык, языковые связи, развитие языка, обогащение языка, совершенствование языка

Giriş
Dilin inkişafı onun öz funksiyalarını necə yerinə yetirə bilməsindən asılıdır. Əgər dil hər hansı bir funksiyanı yerinə yetirmirsə, onda  həmin istiamətdə inkişaf prosesi dayanmış olur. Məişət dili səviyyəsində işlənmə, təbii ki, elmi və rəsmi üslubların inkişaf etməməsi ilə şərtlənir. Bu halda dil müxtəlif elm sahələri üçün metadil funksiyasını itirir. Aydındır ki, metadil funksiyasını yerinə yetirməyən dil müəyyən sahəyə aid anlayışların izahını və ifadəsini mövcud olan bütün əşya və anlayışları ifadə edə bilməlidir. Dilin kamilliyi həmin anlayışların necə ifadə olunmasından asılıdır. 


Baxış: 634