Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Lalə Vidadi qızı Muxtarova
Bakı Dövlət Universiteti 

ZƏRF+FEİL BİRLƏŞMƏLƏRİNİN CÜMLƏ İLƏ EKVİVALENTLİYİ

Açar sözlər: söz, söz birləşmələri, feili birləşmələr, zərf, cümlə 
Key words: word, word combinations, verb combinations, adverb sentence 
Ключевые слова: слова, словосочетания, сочетания глаголов, глагол, предложение 

Dilçilik elmi uzun tarixi dövr keçən elmlərdən biri kimi qəbul olunur. Bizə məlum olduğu kimi bu elmin müxtəlif səviyyələri mövcuddur. Bu səviyyələrdən biri isə leksik səvviyyədir ki, bu səviyyə dilçilik elminin leksika adlanan bölməsində öyrənilir. Leksika dildə olan sözlərin toplusuna deyilir. Dilçiliyin görkəmli alimlərindən biri olan Ağamusa Axundov özünün “Ümumi dilçilik” adlı kitabında qeyd edir ki, leksika dilin bazisli səviyyələrindən biri hesab olunur. Onun əsas vahidi sözdür [1, s.164]. İlk növbədə sözün necə tərif qazandığına diqqət yetirək. Q.M.Qalkina-Federuk yazır ki, söz dilin lüğət tərkibini təşkil edən dil vahididir [1, s.164]. Başqa bir mənbədə isə daha mürəkkəb bir tərif verilmişdir: söz ünsiyyət məqsədlərinə xidmət etmək üçün işlədilən, gerçəkliyin hər hansı bir faktını, onun təbiət materiyası kimi, fonetik tərkib vasitəsilə ilə ifadə edən dil vahididir. Ona görə də söz lüğət tərkibinin əsas vahidi kimi öz təbiətinin dolğunluğunu və həqiqi mənasını əlaqəli nitq daxilində büruzə verir [9, s.11-12].


Baxış: 1169