Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rauf Rafiq oğlu İbrahimov
Bakı Dövlət Universiteti

MÜRƏKKƏB ZƏRFLƏRİN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: mürəkkəb zərflər, sintaktik, dilçilik, struktur
Key words: compound adverbs, syntactic, linguistics, structure
Ключевые слова: сложные наречия, синтаксический, лингвистика, структура

Giriş
Dilimizdə söz yaratmanın əsas qollarından biri sintaktik yolla söz yaratmadır. Sintaktik yolla söz yaratma zamanı leksik mənaya malik olan ən azı iki sözün birləşməsi nəticəsində yeni bir leksik vahid yaranmış olur. Sintaktik yolla yaranan sözlər dilçilikdə mürəkkəb sözlər adlanır. Mürəkkəb sözlərin çoxluq təşkil etdiyi nitq hissələrindən biri də zərfdir. Mürəkkəb zərflər zərf qrupu içində həm həcmi, həm də yaranma yollarının müxtəlifliyi ilə diqqət çəkir. Bundan başqa əsas problemlərdən biri kimi ayrı yazılan mürəkkəb zərflər barədə yekun fikrin olmaması və problemin hələ də həll olunmaması mövzunu daha da aktual edir. 
Zərf əsas nitq hissələrindən biri olmaqla özünəməxsusluğu ilə seçilən bir   nitq hissəsidir. Mürəkkəb zərf­lər də zərfin quruluşca növlərindən biri olmaqla zərfi təşkil edən söz qrupu içində əhmiyyətli yer tutur. Azərbay­can dilçiliyində mürəkkəb zərflərə müxtəlif təriflər verilmişdir. Bunlardan bir neçəsini qeyd edə bilərik. M.Hüseynzadə mürəkkəb zərflərin iki eyni və ya müxtəlif sözün birləşməsi yolu ilə yarandığını qeyd edir. [1, s. 204] Ə.Şükürov mürəkkəb zərflərin sözlərin təkrarlanaraq qoşalaşması və ya birləşməsi yolu ilə dü­zəl­diyini yazır. [2, s. 400] S.Cəfərov mürəkkəb isim və sifətlər kimi mürəkkəb zərflərin də tabesizlik və tabe­lilik əlaqəsi əsasında formalaşdığını göstərir. [3, s.183] B.Xəlilov mürəkkəb zərflərin iki sözün birləş­mə­sindən yarandığını bildirir. [4, s.287]


Baxış: 2186