Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Çinarə Sərdar qızı Əlibabayeva
Bakı Dövlət Universiteti


MOLLA PƏNAH VAQİF  VƏ AŞIQ ƏLƏSGƏR YARADICILIĞINDA
BƏDİİ TƏSVİR VASİTƏLƏRİ: EPİTET VƏ TƏŞBEH

Açar sözlər: epitet, bənzətmə, təsvir, qoşma
Key words: epithet, analogy, description, goshma
Ключевые слова: эпитет, аналогия, описание, гошма

Əsrlər keçir, nəsillər bir – birini əvəz edir, əsl sənət əsəri olan şeirlər həmişə dodaqlarda, dillərdə səslənir, ürəklərə təsir edir, yaddaşlarda əzbər olaraq yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Onlar çap olunmasalar da, öz ömürlərini ecazkar bir qüdrətlə uzadırlar. Elə bil sözlərin sehrkar quruluşu onlara yeni həyat və qüvvət verir. əsrlərin imtahanından çıxıb unudulmayan belə əsərlər klassik irsimizin ən gözəl nümu­nə­ləridir. Molla Pənah Vaqif də (1717-1797) öz təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunə­lə­rini yaratmış sənətkarlardan biridir.
Vaqif öz ədəbi və siyasi fəaliyyətlə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır.
Şairin əsl adı Pənah, atasının adı Mehdi ağadır. Lakin sonralar Vaqif məktəbdar olduğu üçün Molla Pənah adı ilə xalq arasında tanınır.


Baxış: 1341