Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Bahar Faiq qızı Kərimova
Bakı Slavyan Universiteti

NİTQ SİTUASİYALARINDA BAĞLAYICILARIN FUNKSİONALLIĞI

Açar sözlər: bağlayıcı, tabelilik bağlayıcısı, tabesizlik bağlayıcısı, budaq cümlə, funksional xüsusiyyətlər  
Key words: conjunction, subordinating conjunctions, coordinating conjunctions, functional features  
Ключевые слова: союз, подчинительные союзы, сочинительные союзы, придаточное предложение, функциональные свойства

Giriş
Elmi qrammatikanın, xüsusən də, morfologiyanın əsaslı şəkildə öyrənilməsi istiqamətində köməkçi nitq hissələrinin tədqiqi ən vacib məsələlərdən biridir. Azərbaycan dərsliklərində köməkçi nitq hissələri tədqiqat obyekti kimi sırf qrammatik aspektdə araşdırılmış, bir sıra mübahisəli məsələlər öz həllini tapmış, onların dilin qrammatik quruluşundakı yeri müəyyənləşdirilmişdir. Lakin bu dil vahidlərinin kommunikativ dil situ­asi­yasında mövqeyi, dilçiliyimizdə demək olar ki, tədqiq olunmamışdır.
Funksional qrammatikada söhbət nitq prosesi ilə bağlı dil vahidlərinin ixtiyarında olan potensial imkan­lar­dan, onların mənalarından, funksional qrammatikanın əsasını təşkil edən qrammatik elementlərdən, bu dil elementlərinin nitq şəraitində müəyyən məna rəngarəngliyinin müəyyənləşdirilməsindən gedir. Burada müəyyən bir fikrin ifadəsində dil sistemində mövcud olan qrammatik qanunauyğunluqlar və qrammatik dil vahidlərinin dilin müxtəlif mərhələlərində əlaqələnməsi ilə bağlıdır. Bu cəhət dil sistemini nitq sistemi ilə paradiqmatika ilə sintaqmatikanı bir-biri ilə əlaqələndirir.


Baxış: 1041