Arxiv
ELMİ İŞ - 2025
Günay Qoşqar qızı Xudumova
Bakı Slavyan Universiteti
MÜASİR AZƏRBAYCAN POEZİYASINDA AĞAC OBRAZI
Açar sözlər: Azərbaycan, poeziya, ağac, obraz, körpü, yarpaq, yaz, qış
Key words: Azerbaijan, poetry, tree, character, bridge, leaf, spring, winter
Ключевые слова: Азербайджан, поэзия, дерево, образ, мосты, листья, весна, зима
Giriş
Ağaclar həyat xilas edə bilər, sizi xoşbəxt və mənəvi cəhətdən güclü edə bilərlər. "Ağaclar sığınacaqlardır" Alman şair və filosofu Herman Hesse yazırdı. "Ağacları dinləməyi öyrəndiyimiz an... onlar evimizə çevrilirlər. Bu xoşbəxtlikdir." Ağaclar: İnikaslar və Şeirlər adlı kitabında Hesse, ağacların fəlsəfi yönlərini, onların həqiqət, gözəllik, ev, mənsubluq və xoşbəxtlik kimi vacib anlayışlar üçün açar rolu oynadığını göstərib. Ağac qucaqlayan (tree hugger) ifadəsi uzun illər istehza məqsədi ilə istifadə olunsa da, görünür ki, Hesse-nin bildiyi bir şey var imiş.
Son illərdə ağaclar ədəbiyyatda da geniş yer almağa başlayıb. Bəs bu yeni sevdanın səbəbi nədir? Niyə rəssam və yazıçılar üçün ağac mövzusu belə cəlbedici olub? Ağaclar bizə nə öyrədə bilər? Həqiqətənmi ağaclar bizi xoşbəxt və rahat edə bilərlər?
Əlbəttə ki, ağaclar ədəbiyyat üçün yeni mövzu deyil. Hesse, ağaclar və meşələrdən ilhamlanan saysız yazıçı, şair, rəssam və filosoflardan biridir.
Baxış: 869