Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Xalıq Yusif oğlu Dadaşzadə
Bakı Dövlət Universiteti 

ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU VƏ BU ÇƏRÇİVƏDƏ DİSTANT
DİNDİRMƏ ÜSULUNUN QİYMƏTLƏNDİRİLMƏSİ

Açar sözlər: ədalətli məhkəmə araşdırması hüququ, müdafiə hüququ, müdafiə hüququnun məhdudlaşdırılması   
Key words:  right to a fair trial, right of defense, restriction of right to defense 
Ключевые слова: право на справедливое судебное разбирательство, право на защиту, ограничение права на защиту

Müasirimizdə elmi-texniki tərəqqi insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən cinayətlərin istintaqı və məhkəmə proseslərinə siraət etmişdir. Müasir texnologiyaların imkanlarından istifadə etməklə şahidin, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin distant dindirilməsi üsulundan həm məhkəməyəqədər dövrdə, həm də məhkəmə dövründə istifadə edildiyini görürük. Distant dindirmə, ilk əvvəllər şahidin və ya zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin etmək və ya məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin onlara təzyiqini ən aza endirmək, habelə ölkənin digər ucqar ərazisində həbsdə olan təqsirləndirilən şəxsin və ya məhkumun köçürülməsinin təhlükəli olması halları üçün nəzərdə tutulurdu. Lakin sonradan distan dindirmədən və ya təqsirləndirilən şəxsin səs və video əlaqəsi ilə məhkəmə prosesinə qoşulması zəruri halların olub-olmaması əsaslandırılmadan tətbiq edilmiş və bu üsulun təqsirləndirilən şəxsin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu hesab edilib-edilməməsi geniş müzakirə edilmişdir. 


Baxış: 1202