Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Mətləb Sahib oğlu Məmmədzadə
Milli Aviasiya Akademiyası

KREDİT MÜNASİBƏTLƏRİ İLƏ BAĞLI İQTİSADİ FƏALİYYƏT 
SUBYEKTLƏRİNİN  CİNAYƏT MƏSULİYYƏTİ

Açar sözlər:iqtisadi fəaliyyət, kredit münasibətləri, cinayət məsuliyyəti
Key words: economic activity, credit relations, criminal liability 
Ключевые слова:хозяйственная деятельность, кредитные отношения, уголовная ответственность

Giriş
Dövlətimiz ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək məqsədilə sahibkarlara öz inkişafları üçün dəstək tədbirləri görür ki, onlardan biri də güzəştli kreditlərin verilməsidir [1, s 4].
Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər [2].
Kredit (latınca «credit» - «o inanır») istifadə üçün müəyyən faiz ödəməklə qaytarmaq şərtilə müəyyən müddətə kreditor tərəfindən borc alan şəxsə verilən pul və ya əmtəədir. Kreditlərin formasına, şərtlərinə, verilmə və ödənilmə müddətlərinə görə 30-dan artıq növü fərqləndirilir. 
Kredit növlərindən hər hansı birinin verilməsinin hüquqi əsasını kredit müqaviləsi təşkil edir. Kredit müqaviləsinin bağlanması, icrası, həmçinin onunla əlaqədar digər öhdəliklər mülki qanunvericiliklə tənzim edilir.




Baxış: 842