Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rauf Qabil oğlu Əlişzadə
Azərbaycan Turizm və Memarlıq Universiteti 
raufelishzade@gmail.com

DƏMİR YOLU SƏRNİŞİNİ TURİSTLƏRİN KOMFORTU VƏ ONLARA 
GÖSTƏRİLMƏSİ MÜMKÜN OLAN EKSTRA XİDMƏTLƏR

Açar sözlər: dəmir yolu servisi, xidmət keyfiyyəti, müştəri məmnuniyyəti
Key words: railway service, service quality, customer satisfaction
Ключевые слова: железнодорожный сервис, качество обслуживания, удовлетворенность клиентов

Giriş
Qloballaşmanın nəticəsində rəqabətin sıxlaşdığı bir mühitdə müştəri mərkəzli düşüncə və bunun nəticəsi olan sadiq müştərilər yaratmaq istəyi müəssisələr baxımından getdikcə əhəmiyyət qazanır. Sadiq müştərilərə sahib olmaq şirkətlərin rəqabətə davamlılığı üçün zəruri amildir. Sadiq müştəri qazanmağın yolu da müştə­ridə ödədiyi pulun qarşılığını artıqlaması ilə aldığı hissi yaratmaqdır. [4, s.2]
Xüsusilə sürətli qatarlarda müştərilərin komfortla bağlı gözləntiləri daha artıqdır. Lüks qatarlar kateqo­riyası kimi qiymətləndirilən qatarlarda xidmətlər çeşidinə aşağıdakılar mütləq daxil olmalıdır:
• qida (menyularda isti yeməklər olmaqla)
• çarpayı, yatmaq üçün ehtiyac olan bütün yumşaq vasitələr
• nəşrlər (qəzet, jurnal, kitablar)
• şəxsi gigiyena üçün set (sabun, salfet və s.)
• kompüter şəbəkəsi vasitəsi ilə rabitə
• mobil rabitə xidmətlərinin ən yüksək səviyyəsi
• intermodal daşımalara gediş sənədləri 
• Kondisioner, təmiz hava sistemi 
• İşıqlandırma və səs sistemi. [6, s.5], [1, s.17]




Baxış: 929