Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Kamil Səyavuş oğlu Dəmirli
Azərbaycan Turizm və Menecment Universiteti

AZƏRBAYCAN RESPUBLİKASININ MONETAR SİYASƏTİ

Açar sözlər: maliyyə, monetar siyasət, Mərkəzi Bank, məzənnə, iqtisadiyyat, valyuta, maliyyə böhranı  
Key words: finance, monetary policy Central Bank exchange rate economy financial crisis
Ключевые слова: финансы, денежно-кредитная политика, Центральный Банк, обменный курс, валюта, экономика, финансовый кризис 

Ölkənin strateji siyasətinin ən vacib halqalarından biri də dövlətin həyata keçirtdiyi iqtisadi siyasətdir. İqtisadi ədəbiyyatda iqtisadi siyasətin iki qanadından biri fiskal siyasətdirsə digəri məhz monetar (pul) siya­sət­­dir. Monetar siyasəti iqtisadiyyata qısa və uzunmüddətli dövrdə təsir uzun, unikal və vacib bir alətdir. Əksər dövlətlərdə olduğu kimi Azərbaycanın da monetar siyasətini Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) hayata keçirir.
Ümummilli lider Heydər Əliyev zamanında düzgün olaraq vurğulamışdır ki, Mərkəzi Bank ölkənin ən mö­tə­bər qurumlarından biridir. Mərkəzi Bank ölkənin bütün maliyyə sisteminə nəzarət funksiyasını daşıyır ki, bura da monetar siyasətinin formalaşdırılması və həyata keçirilməsi, pul təklifinə və banklara nəzarət, ölkənin beynəlxalq valyuta ehtiyatlarının idarə edilməsi və bu kimi onlarla vacib vəzifələr daxildir.





Baxış: 1478