Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Şahin Azər oğlu Zeynalov

MİLLİ MƏNƏVİ DƏYƏRLƏR VƏ KİBER TƏHLÜKƏ

Açar sözlər: milli dəyər, kiber məkan, sosial mühit
Key words: national value, cyber space, social environment
Ключевые слова: национальные ценности, киберпространство, социальное окружение

XXI əsrin başlanğıcında meydana gələn kiber təhlükə öz xüsusiyyəti ilə qarşısına qoyulan məqsədlərə çatmaq üçün ortaya çıxmış bir anlayışdır. İlk növbədə kiber təhlükə anlayışının meydana gəlməsini araşdır¬maq¬la qarşıya qoyulan məqsədi daha aydın başa düşməyə və bu təhlükə ilə mübarizə aparmağın daha optimal yolunu müəyyənləşdirə bilərik. Beləliklə, ilk öncə kiber məkan, kiber təhlükə, kiber terrorizm, kiber cinayət kimi anlayışların niyə yaranması və bütün dünya dövlətlərinin bu təhlükə ilə mübarizə aparmasına diqqət yetirək.
Soyuq müharibənin sona yetməsi ilə meydana gələn dünyanın yeni dünya nizamı, yəni ABŞ - ın yeni stra¬te¬giyasi dünyanı qlobal məkanda daima müxtəlif üsullarla nəzarət etməyi hədəfə almışdı. Buna şərait yaradan amil isə keçmişdə olan dövlətlərarası sərhədlərin yox olması ilə hamının bir - biri ilə münasibətdə olmasını şərtləndirdi. Müxtəlif sivilizasiyalar arasında olan münasibətlərin həll edilməsi zərurətinin ortaya çıxarılması hamının bir araya gəlməsi ilə bunu aradan qaldırmağa vadar etdi. Buna əsas isə SSRİ - nin dağıl¬ması ilə müstəqillik qazanan dövlətlərin siyasi,iqtisadi, sosial əsaslarının zəif olması və gələcək inkişaf prioritetlərinin dəqiq olmaması idi. 





Baxış: 1001