Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Mirzəbala Təbrik oğlu Poladov
Azərbaycan Dövlət İqtisad Universiteti

İNSAN RESURSLARININ İDARƏ OLUNMASINDA PERSONAL TAPMA, 
SEÇMƏ VƏ YERLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI PROBLEMLƏR

Açar sözlər: insan Resursları, işçi seçmə, işçi yerləşdirmə 
Key words: human resource management, personnel selection, personnel placement
Ключевые слова: управление человеческими ресурсами, подбор персонала, размещение персонала 

Giriş
Elmi idarəetmə təcrübələrinin başladığı tarixlərdən 1950-ci ilə qədər insan amilinin əhəmiyyəti şirkətlər üçün tam aydın deyildi və bunu 1950-ci ildən sonra şirkətlər tərəfindən başa düşülməyə başlamışdır. Insanın gücü, günümüzdə bir şirkətə yön verən, onu uğura və uğursuzluğa aparan ən vacib ünsürdür. Qloballaşmanın səbəb olduğu informasiya və texnologiyanın inkişafı, şirkət və müəssisələri daha keyfiyyətli insan resursuna sahib olmağı tələb etməkdədir.
Kadrların tapılması və seçilməsi; İnsan resurslarının digər funksiyaları ilə yanaşı, qarşıya qoyulan ümumi məqsədləri effektiv şəkildə yerinə yetirməkdə əhəmiyyətli bir təsir göstərir. İnsan resursunun seçimi prosesinə, teşkilati strukturda boş yerlərə ixtisaslı namizədlərdən bir hovuz yaratma fəaliyyətlərini; insan resursunu tapma müddəti, namizəd hovuzundan işin tələblərinə uyğun namizədi müəyyənləşdirilib yerləşdirilməsi fəaliyyətləri isə insan resursunu seçmə prosesinə aid edilir. Şirkətlərin rentabelli və rəqabət yolu ilə üstünlük əldə etmələrində, düzgün işləyənləri tapmaq böyük önəmə sahibdir. Doğru insanları doğru iş yerlərində yerləşdirən şirkətlər başqa firmalara nəzərən bir adım öndədir.

[attachment=787:MƏQALƏNİ YOXLA]

Baxış: 1137